Xaç atası (Godfather-Mario Puzo)




Sujet

Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur.
Xaç atası" filminin çəkilişləri 1971-ci ildə 4 ay ərzində aparılmışdır. Mario Püzonun sözlərinə görə, Conni Fonteyn personajı Frenk Sinatranın həyatından götürülmüş faktlar əsasında yaradılmayıb . Vito Korleone obrazı üçün seçimlər çox gərgin keçmişdi. Bu rolu əldə etmək üçün eyni zamanda Ernest Borqnayn və Deni Tomas mübarizə aparırdılar. "Paramaunt" studiyasının isə öz planları var idi. Onlar "potensial xaç ataları"nın siyahısına Edvard Robinson, Bert Lankaster, Orson Uells və Corc Skottu daxil etmişdilər. Lakin filmin rejissoru Frensis Ford Koppolanı onların heç biri qane etmirdi. O, studiya rəhbərlərinin qarşısında belə bir şərt qoymuşdu: "Bu rolu ya Marlon Brando, ya da Lourens Olivye ifa etməlidir". İş elə gətirir ki, Lourens Olivye roldan imtina edir. Buna baxmayaraq, studiya bu rolu yenə də Brandoya vermək istəmir. Onların fikrini yalnız sınaq çəkilişlərində aktyorun mükəmməl ifası dəyişə bilir. Lorens Olivye Vito Korleone obrazından digər filmdə məşğul olduğu üçün imtina etmişdi. Sonradan hər iki aktyor eyni vaxtda, eyni nominasiyada "Oskar"a namizəd göstərilmişdi.

Mənbə_az.wikipedia.org


Mənbə-Film: kinoboh.ru


comments powered by Disqus