Küləklə sovrulanlar (Gone with the wind-Margaret Mitchell)




Sujet

Küləklə sovrulanlar (ing. Gone With The Wind) — 1939-cu ildə istehsal edilmiş ABŞ filmidir. Filmdə göstərilən hadisələr 1861-ci ildə ABŞ-da baş vermiş vətəndaş müharibəsini əks etdirir. Film 14 dəfə Oskar mükafatına namizəd görülmüş və bu mükafatlardan 10-nu qazanmışdır.
30 iyun 1936-cı ildə "Küləklə sovrulanlar" romanının ilk tirajı nəşr olunub. Həmin il yazıçı Marqaret Mitçell öz kitabının ekranlaşdırma hüququnu satdı və beləliklə, qısa zamanda Hollivudun ən böyük filmlərindən biri yarandı. Filmin premyerası 1939-cu ildə keçirilib. 1. Gələcək kitab üçün Marqaret Mitçell 500 dollar avans təyin etsə də, müəllif faizləri ilə ilk il yazıçı 3 milyon dollar qazanıb. Bu məbləğ hazırkı dövrün 33 milyon dollarına bərabərdir. 2. Roman və filmin adı Ernest Dousonun şeirindən sitatdır. İlkin olaraq, Marqaret Mitçell kitabı "Tote Your Heavy Bag" və ya "Tomorrow is Another Day" adlandırmaq istəyib. 3. Romanın süjeti Marqaret Mitçellin şəxsi həyatından olan hadisələrdən götürülüb. O, kollec tələbəsi olarkən, tələbə yoldaşına vurulur, lakin oğlan Birinci Dünya Müharibəsində cəbhədə həlak olur. Kitabın süjetini kino üçün uyğunlaşdıran Sidni Hovard premyeraya bir ay qalmış həlak olur. Buna baxmayaraq, o ən yaxşı ssenariyə görə "Oskar"a layiq görülür. Ssenarinin yazılmasında isə 6 müəllif iştirak edib. 4. İlk çəkilən səhnə Skarlett və Rettanın Atlantadan qaçış epizodu olub. Burada çəkiliş komandası həqiqətən də, çəkilişlərinin artıq bitdiyi digər film üçün hazırlanan bütöv bir dekorasiya kvartalını yandırıb. Maraqlıdır ki, bu səhnədə Skarlett rolunda Vivyen Li deyil, adı məlum olmayan digər aktrisa çıxış edir.

Mənbə_az.wikipedia.org


Mənbə-Film: kinoboh.ru


comments powered by Disqus