Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher`s Stone)




Sujet

Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher's Stone) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrkar olmasını öyrənməsi, Sehrkarlıq və Sehr Məktəbi Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır. Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə “Bloomsbury” nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-da bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab “The New York Times”ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999-2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə “Qanun” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir. Əksər tənqidçilər Roulinqin zəngin fantaziyası, sadə, düzgün nəql stilini və aydın süjet qurma bacarığını yüksək qiymətləndirsələr də, bəziləri romanın son fəsillərində çox hadisə “sığışdırıldığını” bildirmişlər. “Harri Potter və Fəlsəfə Daşı” əsəri Roulinqin sevimli yazıçısı olan Ceyn Ostinin əsərləri, Harri Potter romanlarından əvvəl uşaq ədəbiyyatının ən məşhur nümunələrini yaratmış Roald Dalın əsərləri və qədim yunan yazıçısı Homerin əsərləri ilə müqayisə edilmişdir. Bəzi tənqidçilər romanı viktorian və edvardian dövrünün məktəb romanları ilə müqayisə edərkən, bəziləri də etik və sosial normaları baxımından romanın müasir ədəbiyyat nümunəsi olduğunu bildirmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi bu əsər də bəzi dini qrupların hücumlarına məruz qalmış, cadugərliyi təbliğ etməsi iddiası ilə bəzi ölkələrdə qadağan olunmuşdur, lakin, bəzi xristian alimləri romanın özünə inam və özünü inkişaf etdirmə kimi xristian dəyərlərini təbliğ etdiyini bildirmişlər. Kitabların məşhurluğunu və ədəbi dəyərini nəzərə alan pedaqoqlar Harri Potter seriyasından olan digər romanlar kimi “Fəlsəfə Daşı” romanının da uşaqların ədəbiyyat təhsilində istifadə olunmasına qərar vermişlər. Romanlar seriyası həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır.



Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets)




Sujet

Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — Harri Potter seriyasın ikinci kitab əsasında çəkilən film. Olduqca çətin bir il sovuşduran Harri Potter Hogwarts-dakı 2-ci ilinə böyük bir sevinclə başlar. Lakin məktəbdə sırasıyla daşlaşan şagirdlər üzündən günah keçisi olmuşdur. Əslində yay tətilində özünə görünən cin Dobbinin etdikləri və söylədikləri ona təsir etmişdir. Çünki Dobbi, Harri Potterin böyük bir təhlükə ilə qarşı-qarşıya qaldığını söyləmişdir. Dobbi, Harri və yoldaşı Ronun Məktəb qatarına minməsinə belə maneə törətmişdir. Harri Quidditç komandasının dəyişməz axtarıcısı olmuşdur. Zaman irəlilədikcə ən yaxın yoldaşlarından olan Hermionenin daşlaşması və Ronun bacısı Ginninin qaçırılması onu tualetdə yaşayan ruh Myrtleyə istiqamətləndirmişdir. Lakin bundan əvvəl Herrinin əlinə keçən bir sirrli gündəlik hadisələrin böyüməsinə gətirib çıxardı. Gündəliyin sahibiylə gündəlikdə əsrarəngiz danışmalara imza atan Herri, özünü Hagridin illər əvvəl açmış olduğu sanılan Sirli Otaqda tapar. Sirli Otağı son açan Tom Marvolo Riddle adıyla məktəb qeydlərinə keçən Lord Voldemorttur. Onunla duel nəticəsində Herri, Feniks köməyiylə sirli otaqdan Ginni ilə birgə çıxar, Gilderoy Lockhartın yaddaşını itirməsi səbəbiylə məktəbdə Qaranlıq Sənətlərə Qarşı Müdafiə etmə dərsləri ləğv edilər. Dövr Gryffindor binasının qalibiyyətiylə sona çatar.



Harri Potter və Azkaban Dustağı (ing. Harry Potter and the Prisoner of Azkaban)




Sujet

Harri Potter və Azkaban Dustağında Harri, məşhur cadugər həbsxanası Azkabandan qaçan qatil Siriusun hədəfidir. Azkabanın gözətçiliyini edən qorxunc ruh əmicilər Siriusun izindədirlər. Təhlükələrə baxmayaraq Harri Hoqvarsa geri dönər lakin vəlisinin icazəsi olmadığı üçün Hoqvars yaxınlığındaki Hogsmeadeyə (cadugər qəsəbəsi) gedə bilməz. Fred və Corc Vizli Harriyə Hoqvarsın içindəki və xaricindəki gizli keçidləri və insanların haralarda olduqlarını göstərən Soyğunçu Xəritəsi adında sehrli bir xəritə verərlər. Harri görünməzlik plaşını geyərək gizli bir tuneldən keçib Hogsmeadeyə gedər.Harriyə yeni ildə bir Kviddiç matçında parçalanan Nimbus 2000-in yerinə bir Atəş oxu hədiyyə edilər. Harri Siriusun öz xaç atası və atasının da ən yaxşı dostu olduğunu öyrənər. Ayrıca Sirius Potterlərin sirr mühafizəkarıdır. Harri Siriusun ana və atasının yerini Voldemorta söylədiyini və ailəsinin dostu olan Piter Pettiqryu ilə birlikdə 12 maq öldürdüyünü düşünər. Bu səbəblə ondan intiqam alma planları edər. Lakin gerçək sirr mühafizəkarının Piter Pettiqryu olduğu və sirri Voldemorta onun söylədiyi aydın olar. Beləliklə Sirius aklanamaz. Çünkü Pettiqryu qaçar.



Harri Potter və Od kuboku (ing. Harry Potter and the Goblet of Fire)




Sujet

Harri (özü istəmədən seçilmişdir, çünki yaşı iştirak etmək üçün kiçikdir) nüfuzlu Üç Sehrbaz Turnirində iştirak etmək üçün seçilmişdir. Bu həyəcan verici beynəlxalq müsabiqə, Harrini Hoqvarsla yanaşı, Avropadakı iki rəqib sehrbazlıq məktəbinin də daha böyük və təcrübəli tələbələri ilə qarşı-qarşıya gətirəcəkdir. Bu arada, Harrinin əzəli düşməni pis qəlbli Lord Voldemortun dəstəkçiləri Kviddiç Dünya Kubokunda Qaranlıq İşarələrini səmaya odla işləyərək, həm Voldemortun gücünə qovuşmasının işarəsini verər, həm də cadugərlik aləmində bir qorxu dalğası yayarlar. Məktəbdə ilk gündə yeni qaranlıq sənətlərə qarşı müdafiə etmə müəllimi olan təqaüdçü sehrbaz (qara sehrbaz tutan) dəli göz ləqəbli Alastor Moodyni görər. Bu arada Üç Sehrbaz Turnirinə seçildiyini öyrənər. Çox yorucu vəzifələrdən sonra Harri ən son vəzifədə Voldemortla qarşılaşar və Sedrik Voldemortun etdiyi Adavra Kedavra lənəti ilə ölər. Harri Moodynin əslində gerçək Moody olmadığını və bir ölüm yeyən olduğunu öyrənər. Harrini də öldürməyə çalışan ölüm yeyəni Dambledor dayandırar və ona veritaserum verər. Gerçəkləri öyrənən Dambledor naziri çağırar və ona olanları izah edər. Amma nazirin yanındakı ruh əmici ölüm yeyənin ruhunu əmər. Ondan sonra Voldemortun qayıtdığı mövzusunda Harriyə kimsə inanmaz.



Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of Phoenix)




Sujet

Hoqvarts Cadugarlıq Məktəbindəki 5-ci ilini səbirsizliklə gözləyən Harri Potter, Dursley ailəsi ilə keçirtdiyi yay tətili ərzində heç kimdən, o cümlədəndə ən yaxın dostları olan Ron və Harmoniyadan da məktub almadığına görə yayı çox cansıxıcı və uzun keçirib.Tətildə xalası və xalası əri ilə qaldığı vaxt ruh əmicilərin hücumuna məruz qalır. Harri özünü və xalası oğlu Dadlini xilas etmək məqsədilə Patronus cadusunu etməli olur. Bundan sonra Harri qonşuları Arabellanın kofti olduğunu və Dambledor tərəfindən onu qorumaq üçün göndərildiyini öyrənir. Gənc sehrbazların məktəbdən kənarda sehr və ya cadu etmələrinə icazə verilmir. Harri isə Patronus cadusunu etdiyinə görə Sehr Nazirliyi onu izahat üçün məhkəməyə çağırır.Bir gecə Dambledorun əmrilə bir neçə sehrbaz Harri yaşadığı evə gələrək onu tələsik Siriusun evinə aparırlar. Bu ev həmçini Simurq Ordeninin də gizli qərargahıdır. Sirius iclaslar üçün ailəsinin evini bunun üçün seçmişdir. Harrinin bu iclasda yeganə ümüdü Sehr Nazirliyinə günahsız olduğunu sübut etməyə çalışmaqdır. Harri Horqvastın böyük söz sahiblərindən olan Albus Dambledorun müdaxiləsi və Arabellanın şahidliyi ilə məhkəmədə günahsız elan edilir və Hoqvars Məktəbindən qovulma qərarı ləğv edilir. Harri bu hadisələrdən sonra ilk dəfə məktəbə narahatçılıqla qayıdır.Hoqvarsa qayıtdıqdan sonra Harri, bir çox qıcıqlandırıcı hallar ilə üzləşir. Ətrafdakıların qəribə baxışları, qəzettə soyadının dəyişilərək Potter yox Plotter(hoqqabaz) kimi qeyd edilməsi və birdə Voldemortun qayıtdığına dair yalan məlumat verməsi kimi bir çox hallar ilə üzləşir. Özünü tək və tədricolunmuş hissedən Harri Ron və Harmoniyanın köməyilədə belə yenədə ümidsizdir. Çünkü yaşadıqlarını heç kimin başa düşməyəcəyini fikirləşir. Hətta ən yaxın dostlarının belə.Hoqvarsda yeni dərs ilinin başlaması ilə əlaqədər olaraq Dambledorun bütün səylərinə baxmayaraq Sehr Nazirliyi məktəbə Qaranlıq Qüvvələrə qarşı Dolores Ceyn Umbrici təyin edir. O eyni zamanda da cəsusdur. Daha sonra ona qərarlar verə bilmək ixtiyarıda verilir. Çox irəli gedən Ceynnin nifrətinə nəinki tələbələr hətta müəllimlərdə yuş gəlir. Beləki Tale müəlliməsini işdən çıxaran Ceyn hətta onu şəhərdəndə qovmaq istəyir. Yalnız Dambledor buna imkan vermir.Eyni zamanda Ceyn qaranlıq qüvvələr dərsində də tələbələrə əsas müdafiə cadularını öyrətmir. Bunun əhəmiyyətsiz olduğunu fikirləşən Ceyn yalnız cuzi şeylərnən kifayətlənir. Harri, Ron və Harmoniya heç kimin qaranlıq qüvvələrə qarşı heç nə öyrənə bilmədiklərinə görə özləri bəzi tələbələrlə birlikdə bunu öyrənməyə başlayırlar. Bu tələbələr Cinninin fikri ilə özlərinə Dambldorun Ordusu adını verirlər. Yığışdıqları yer isə ev cini Dobbinin məsləhət bildiyi Ehtiyac otağıdır.



Harri Potter və Mələz Şahzadə (ing. Harry Potter and the Half-blood Prince)




Sujet

Harri Potter və Mələz Şahzadədə Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Adam" deyə çağırmağa başlayarlar. Bu vaxt Harri özünə xaç atası Siriusdan miras mallar qaldığını öyrənər. Bu mallar Zümrüdüanka Əməkdaşlığının gizli qərargahı olan Grimmauld Meydanındakı Black ailəsinin evi və yaşlı ev cini Kreacherdır. Harri Professor Sneypin Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olduğu anonsunu eşidəndə çaşıb qalar. Sneypin yerini, Harrinin fərqində olmadan müəllimlik etməsi üçün yola gətirdiyi Horas Slughorn doldurar. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki, Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir S. B. D. (Adi Cadugərlik Səviyyəsi) balı ilə F. Y. B. S (Faciəvi Yorucu Cadugərlik İmtahanları) İksir sinifinə qəbul edər. Beləliklə Harri sehrbaz (ölüm yeyənlərlə döyüşən sehrbaz) olması üçün lazım olan dərsləri alabilər (Harrinin gələcəkdə etməyi düşündüyü yeganə peşə sehrbazlıqdır. Haqqındakı kəhanəti də eşitdikdən sonra özü üçün qaranlıq sehrbazlarla döyüşməkdən daha uyğun bir peşə olmayacağını düşünər). Professor Slughornun dərsində Harri istifadə edilmiş bir iksir kitabını Slughornun şkafından aşırar ki, bu kitabın da sahibi "Mələz Şahzadə"dir. Kitabdakı iksirlərlə əlaqədar əl yazısıyla yazılmış kiçik qeydlər Harrinin müvəffəqiyyətli iksirlər etməsini və mükafat olaraq kiçik bir şüşə Felix Felices (şans iksiri) qazanmasını təmin edər. Dambledor Harriyə xüsusi dərslər verməyə başlayar. Əslində bu dərslər, fikri ilə Voldemortla əlaqədar xatirələrə edilən səfərlərdir. Dambledor Voldemortun ölümsüz ola bilmək üçün ruhunu 7 parçaya bölərək onları Hortkuluk deyilən bəzi obyektlərə yerləşdirdiyini təxmin etməkdədir. İki hortkuluk məhv edilmişdir (Tom Riddlenin gündəliyi və Marvoldo Gauntun üzüyü). Bu vaxt inkişaf edən hadisələrlə Harri Mələz Şahzadənin Severus Sneyp olduğunu öyrənər. 3-cü hortkuluk Salazar Slytherinə aid olan bir medalyondur və medalyon yaxşı qorunan bir mağarada gizlənmişdir. İçi sirli bir mayeylə dolu bir qabın dibindədir və medalyona çatmaq istəyən adamın bu mayeni içməsi lazımdır. Dambledor mayeni içər və çox gücsüz, yorğun düşər sonunda bir medalyon və özünə R. A. B. deyən birindən qısa bir qeyd taparlar. Harri Dambledoru götürərək sürətlə oradan uzaqlaşar. Dambledorun yaxşılaşa bilməsi üçün Sneypin ona bir iksir hazırlaması lazımdır. Məktəbə çatdıqlarında Drako Malfoyun köməyi ilə məktəbə sızan ölüm yeyənlərlə qarşılaşarlar və Sneyp Dambledoru öldürüb ölüm yeyənlərlə birlikdə məktəbdən ayrılar.



Harri Potter və Ölüm Hədiyyələri (ing. Harry Potter and the Deathly Hallows)




Sujet

Harri Dambledorun qardaşı Aberforthun köməyi ilə Hoqvarsa girər. Bu zaman Voldemort ordusu ilə Hoqvarsa hücum edər. Hoqvarsdakılar da boş dayanmaz, 17 yaşın üstündəki şagirdlər döyüşmək üçün qalar. Digərləri isə döyüşmədən evə gedər. Bu zaman yenə Aberforthun köməyiylə Zümrüdüanka Əməkdaşlığı üzvləri, şagirdlərin ailələri, məktəbdən uzaqlaşmış şagirdlər və Dambledorun Ordusunun qalan üzvləri geri dönər. Döyüş sonunda 50 adam ölər. Fred Vizli, Remus Lupin, Tonks və Kolin Kreevey də ölər. Bu zaman Harri, Ron və Harmoniya Ravenklavın diademini tapmaq üçün Ehtiyac Otağına gedərlər. Lakin Drako Malfoy, Krabbe və Goyle ilə qarşılaşarlar. Krabbe ölüm yeyənlərdən öyrəndiyi bir atəşli sehr (Zəbani Atəşi) edər amma idarə edə bilməz, və sehrlə başlatdığı yanğından ölər. Harri, Harmoniya və Ron acıyaraq Malfoy və Goylesi xilas edər. Harri, Harmoniya və Ron ehtiyac otağından çıxdıqdan sonra çıxan yanğının atəşi hortkuluğa zərər verdiyi üçün hortkuluk özbaşına parçalanar. Artıq onlar üçün tək hortkuluk qalmışdır o da Voldemortun ilanı Naginidir.Voldemort və Naginini tapmaq istəyən Harri, Voldemortun gözlərindən onların Qışqıran Balaca Evdə olduqlarını öyrənər və üçlü oraya gedər. Getdiklərində Nagininin, Voldemortun əmri ilə Sneypi öldürdüyünü görərlər. Sneyp ölmədən dərhal əvvəl Harriyə Dambledorun Harriyə izah etməsini istədiklərini saxlayan xatirələrini verər, Harri bu xatirələri məktəbdə Dambledorun otağındakı Fikirselinə köçürər və Sneypin o ana qədər gizli qalan xatirələrini öyrənər. Sneypin uşaqlığından bəri Lili Evansa (Harrinin anası) aşiq olduğunu, Voldemort Harrini və ailəsini öldürmək üçün axtarışa başladığı andan etibarən əslində Dambledor adına çalışdığını, Harrini illərlə Dambledorla birlikdə qoruduğunu, Dambledorun ən çox güvəndiyi adamı olduğunu və Dambledoru öldürməsinin, Dambledorun planının bir parçası olduğunu anlar (Dambledor bir il əvvəl hortkuluk olan üzüyü istifadə etdiyi üçün lənətlənmişdir bu səbəbdən bir il sonra ölər).....



Harri Potter və Ölüm Hədiyyələri 2 (ing. Harry Potter and the Deathly Hallows 2)




Sujet

Xatirələr bitdikdən sonra Harri, özünün də bir hortkuluk olduğunu Voldemortun istəyi xaricində ruhunun bir parçasının Harrinin bədəninə girdiyini amma bundan Voldemortun belə xəbərinin olmadığını öyrənər. Yəni özünün də ölməsi, xüsusilə də Voldemort tərəfindən öldürülməsi lazımdır. Harry, Voldemortla qarşılaşmağa gedər, bu vaxt yolda Diriltmə Daşını istifadə edər və ölümə doğru gedərkən yanında Ceyms, Lili, Sirius və Lupini görər, onlarla danışar, yanında getmələri ona cəsarət verər. Voldemortu tapdığında heç bir şey etməz. Voldemort Harrini öldürər (yəni öldürdüyünü zənn edər ancaq Harri ilə arasındakı bağ sayəsində Harry yalnız özündən gedər). Harry özünü King's Cross stansiyasında tapar. Dambledor ilə uzun uzun danışar. Stansiyada bir kürsünün altında qəribə səslər çıxaran, xoşagəlməz bir varlıq görər, bu böyük ehtimalla, Voldemortun Harrinin içində qalan, ancaq Harrini öldürmək üçün etdiyi lənətlə istəmədən yox etdiyi hortkulukdaki ruh parçasını işarələməkdədir. Harri oyandığında Harrinin içindəki hortkuluk da yox olmuşdur. Harri oyanar lakin bildirməz. Narkissa Malfoy, Voldemortun əmriylə Harrinin ölüb ölmədiyinə baxar, amma o anda gözü öz oğulundan başqasını görmədiyi üçün Harrinin yaşamasına ya da Voldemortun qazanıb uduzmasına fikir verməz, ondan Drako Malfoyun yaxşı olub olmadığını soruşar. Harridən bəli cavabını alanda qalxar və Harrinin ölmüş olduğunu elan edər. Ölüm yeyənlər sevinc içindədir. Haqrid, Voldemortun məcbur etməsiylə Harrinin bədənini Hoqvarsa aparar. Voldemort hər kəsə Harri Potterin öz canını qurtarmaq üçün qaçarkən öldürüldüyünü, artıq müqavimət göstərməmələri lazım olduğunu söyləyər. Birdən Harri ortaya çıxar. Hər kəs Harrinin həyatda olduğunu görəndə çox təəccüblənər və sevinər. Harri Voldemort ilə danışar. Mürver Əsanın əsl əfəndisinin özü olduğunu söyləyər. Mürver Əsa da bu zaman Voldemortun əlindədir. Harri və Voldemort duel edərlər. Voldemortun Avada Kedavra lənəti ilə Harrinin Expelliarmus cadusu havada qarşılaşar. Lakin Mürver Əsanın gerçək sahibliyi, Dambledordan Drako Malfoy vasitəsiylə Harriyə keçmişdir. Beləcə Əsa öz sahibini öldürməz, Avada Kedavra lənəti səkər və Voldemorta dəyər. Bu anda Neville Longbottom Grifindorun qılıncı ilə Naginini öldürər. Artıq bütün Hortkuluklar yox olmuşdur. Voldemort artıq bir ölümlüdür. Voldemort ölər və döyüş sona çatar. Harri Mürver Əsanı götürüb öz əsasını təmir edər və Mürver Əsanı qırıb körpüdən aşağı atar. 19 il sonra Harri və Cinni, Ron ilə də Harmoniya evlənər. Harry və Cinninin üç uşağı olar; Lili Luna, Ceyms Sirius və Albus Severus. Harmoniya və Ronun isə iki uşağı olar; Hugo və Rose. Ayrıca Neville Longbottom, Hoqvarsda Bitki elm müəllimi olmuş və Hannah Abbott ilə evlənmişdir.


Mənbə_az.wikipedia.org


Mənbə-Film: kinoboh.ru




comments powered by Disqus