Üzüklərin hökmdarı: Kralın qayıdışı


The Lord of the Rings series-J.R.R. Tolkien




Sujet

Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. 1937-1949-cu illərdə yazılmış əsər əsasən İkinci dünya müharibəsi dövründə yaradılmışdır. Əvvəlcə bir cilddə planlaşdırılsa da, sonradan əsər üç hissədə dərc olunmuşdur: "Üzüyün qardaşlığı", "İki qala" və "Kralın qayıtması". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasını ilhamlandırmış, dünya mədəniyyətində dərin iz buraxmışdır.
Sauronun orduları böyüdükcə böyüməkdədirlər. Frodo və onun can dostu Sam, qorxu dolu bir səfərin göbəyində, qorxunc Mordora addım-addım yaxınlaşmaqdadırlar. Tək üzük yox edilməlidir və yaxşılıq bunun üçün döyüşməyə hazırdır. Arxa planda isə insan, elf və cücə orduları, qaranlıq güclərin qarşısında bütün köhnə düşmənliklərinə baxmayaraq bir araya gəlmişlər. Hamısı birdən kiçik bir Hobbitin əlinə və onun qabiliyyətlərinə baxmaqdadırlar. Orta dünyanın qədəri müəyyən olmaq üzrədir. Ancaq Tək üzüyü sahiblənmək, bəzən daşıyanına daha cazibədar gələ bilər.



Üzüklərin hökmdarı


The Lord of the Rings series-J.R.R. Tolkien




Sujet

"Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış kitablarından hesab edilir. O, ən azı, dünyanın 38 müxtəlif dillərinə tərcümə edilib. Əsərin yazılması Tolkienin perfeksionizmi ucbatından çox asta gedirdi. Onun bədii işi tez-tez akademik vəzifələri ucbatından yarıda qalırdı, belə ki, o, tələbələrindən imtahan götürməli idi. Hətta onun "Hobbit" əsərinin ilk cümləsi: "Biri var idi, biri yox idi, yerdəki yuvasında balaca bir hobbit var idi" tələbələrinin biri tərəfindən imtahan vərəqinin üzərində yazılmışdı. “Yaşayanların çoxu ölümə layiqdirlər. Uzun ömrə layiq olanlar isə ölürlər. Sən onları mükafatlandıra bilərsənmi? Buna görə ölüm haqqında cümlələr qurmağa heç vaxt tələsmə. Hətta ən müdriklər belə hər şeyi bilmir”



Üzüklərin hökmdarı: Üzük qardaşlığı


The Lord of the Rings series-J.R.R. Tolkien





Sujet

İllər əvvəl çıxarılan və Orta Dünya torpaqlarına qandan başqa heç bir şey gətirməyən üzüklərin sonuncusu, istehsalından yüz illər sonra ortaya çıxar. Əmisinin özünə əmanət etdiyi üzüyün nələrə qədr olduğundan xəbərsiz olan Frodo, cadugər Qandalfın izah etdikləri sonrasında dəhşətə qapılar. Bu üzükdən və gələcək döyüşlərdən xilas olmanın tək yolu, gücünü toplamaya çalışan Sauronu da maneə törətmək üçün bu üzüyü yox etməkdir. Üzüyü yox edilə biləcəyi tək yer olan Mordora aparmaq üçün özünü fəda edən döyüşçülərdən ibarət olan bir qrup yaradılar. Çox uzun və çətin keçəcək olan səfər başlar. Orta Dünyanın qədəri, bu insanların əllərindədir.

Mənbə_az.wikipedia.org


Mənbə-Film: kinoboh.ru


comments powered by Disqus