+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 141 Müəllif: Vivo-Book 1 ay və 1 həftə əvvəl
    Dino Buttsati - Kabus
    0



    • Dino Buttsati - Kabus
      Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdılar. Birdən-birə arvad dedi: "İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir".
      "Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!" - deyə əri acıqlı tərzdə cavab verdi.
      İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
      "Bilirəm… bilirəm ki, dəhşətdir" - deyə arvad söylədi, -"ancaq bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm".
      "Eh, əgər mümkün olsaydı..." - deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.
      Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən qapının zəngi çalındı. Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər.
      "Yenə axşam-axşam kim ola?" - deyə arvad dilləndi.
      Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı.



      dino-buttsati-kabus.pdf [104,07 Kb] (Yüklənilib: 52)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.