+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 83 Müəllif: Vivo-Book 1 ay və 1 həftə əvvəl
    İsmayıl Şıxlı - Dəli Kür
    0



    • İsmayıl Şıxlı - Dəli Kür

      Görkəmli nasir, ədəbiyyatşünas alim, publisist, tərcüməçi İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqının sayca doqquzuncu sədri olub. O, müxtəlif illərdə bu yaradıcılıq qurumuna rəhbərlik edib. İkinci dünya müharibəsindən sonra Azərbaycan Yazıçılar İttifaqının üzvü olan İsmayıl Şıxlı 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, katib, yenidən birinci katib, eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub.
      O, 1919-cu ilin martında - baharın ən yaddaqalan məqamında - Novruz bayramında anadan olub. Atası Qəhrəman müəllim dövrünün mövqeli ziyalılarından, tanınmış pedaqoqlarından biri idi. Bu yaz unudulmaz yazıçımızın 90 yaşı tamam oldu. Qəribədir ki, Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan yazıçı və şairlərin əksəriyyəti ya yazda, ya da payızda dünyaya gəlib. Onların adlarını qeyd etsək, uzun bir siyahı yaranar.
      Qazax rayonunun II Şıxlı kəndində dünya işığını görən İsmayıl Qəhrəmanoğlu ibtidai təhsilini Kosalar kəndində alıb. 1933-cü ildə Qazax Pedaqoji Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra bir müddət doğma rayonun I Şıxlı, Daş Salahlı və Kosalar kəndlərində müəllim, dərs hissə müdiri və direktor vəzifələrində çalışmışdır. Gəncliyi dövrün çox çətin və ağır sınaqları ilə üzləşən İsmayıl Şıxlı Bakıya gələndə 1937-ci ilin repressiyaları bütün Azərbaycanı bürümüşdü. Belə bir məşəqqətli zamanda Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olundu. İsmayıl burada Mikayıl Rəfili, Əli Sultanlı kimi şəxsiyyətlərdən dərs alıb. İsmayıl elə bir nəslin nümayəndəsi idi ki, o dövrün DTK-sı onu bir vaxt nəzarətsiz qoymazdı. Çünki Şıxlı ocağından sayılıb-seçilən övladlar çıxmışdı. "Rus artilleriyasının babası" adlanan general Əliağa Şıxlinski, general Cavad bəy Şıxlinski, dövrün ağır təqiblərindən qurtulmaq naminə ömrünü mühacirətdə keçirən hərbçi Qiyas bəy Şıxlinski və onlarca başqaları II Şıxlıda doğulub boya-başa çatıblar. Bəziləri "inski" soyad sonluğunu rusdangəlmə zənn etsələr də, əslində bu, XIX əsrin sonlarında dəbdə olan polyak soyad sonluğundan götürülüb. Beləliklə, Şıxoğlular Şıxlinski olublar. Məhz bu səbəbdən də hələ tələbəlik illərində İsmayıl Şıxlı dəfələrlə sorğu-suala çəkilib. Doğrudan da insanın olumu ilə ölümü arasında heç vaxt xarakteri dəyişmir. İsmayıl Şıxlı gəncliyindən ağsaqqal çağına kimi kişi ömrü yaşayıb. Heç vaxt satqınlıqla arası olmayıb. Xatirələrindən aydın olur ki, unudulmaz tənqidçimiz Mehdi Hüseyn Şıxlı ocağına ehtiram əlaməti olaraq İsmayıl Şıxlıya "Paşam" deyərmiş
      Kim bilir, İkinci dünya müharibəsi başlanmasaydı və repressiyaların qılıncı qına girməsəydi, İsmayıl Şıxlı bu ac qurdun caynaqlarından xilas ola biləcəkdimi? Müasirlərinin, dostlarının xatirələrindən öyrənirik ki, "Qara taun"un növbəti qurbanı İsmayıl Şıxlı ola bilərmiş. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olur deyənlər nə qədər haqlıdırlar. Bu mənada 1941-ci ildə başlanan müharibə Azərbaycan oğullarının həyatını alsa da, ailələri başsız qoysa da, repressiyaların tüğyan edən fırtınasının qarşısını aldı. Müharibə xofu daha dəhşətli idi. 1937-ci ilin caynaqlarından qurtulanları indi də ağır döyüşlər, soyuq səngərlər, ölüm-dirim meydanları gözləyirdi. 1941-ci ildə İsmayıl Şıxlı cəbhəyə göndərilib.


      ismayil-sixli-deli-kur.pdf [1,78 Mb] (Yüklənilib: 21)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.