+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 234 Müəllif: Vivo-Book 1 ay və 1 həftə əvvəl
    Elxan Zeynallı (QaraQan) - A romanı
    0



    • Elxan Zeynallı (QaraQan) - A romanı
      Yeni nəsil istedadlı gənc yazıçının irihəcmli ilk bədii nəsr nümunəsi. Gənclər və yeniyetmələr arasında ən çox oxunan roman...
      P.S. Əsərin elektron yayımı bu e-kitabı yükləyənə aiddir və müəllif haqları ilə bağlı hər hansı bir məsələ, problem də ona ünvanlanmalıdır...

      O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”. Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi. Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü. Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı.






      elxan-zeynalli-qaraqan-a.pdf [1,29 Mb] (Yüklənilib: 91)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.