+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 91 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Məmməd Əmin Rəsulzadə - Əsrimizin Səyavuşu
    0



    • Məmməd Əmin Rəsulzadə - Əsrimizin Səyavuşu
      Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü-özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir.

      “Əsrimizin Siyavuşu” müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanışımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyildir. Nəşriyyatımızın ilk sayısını təşkil edən “Azərbaycan Cümhuriyyəti”ni Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki “Əsrimizin Siyavuşu” belə bir müəyyən bir məqsəd və planla yazılmamışdır.

      Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:

      Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

      Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.


      m.e.resulzade-esrimizin-seyavusu.pdf [1,06 Mb] (Yüklənilib: 21)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.