+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 142 Müəllif: Vivo-Book 2 həftə və 4 gün əvvəl
    Orxan Fikrətoğlu - Vaxt
    0



    • Orxan Fikrətoğlu - Vaxt
      80-ci illərin ədəbi nəslinə mənsub olan, nasir, kinodramaturq, kinorejissor, publisist Orxan Fikrətoğlunun bu kitabında hekayələri, povestləri və kinossenariləri toplanmışdır.
      Milad gecəsi
      işdən gec çıxdı. Hava qaralmışdı. İçərişəhərin dolanbac küçələrindən keçib Fəvvarələr bağına dönəndə, uşaqlıq dostu ilə rastlaşdı. Dostu dəyişmişdi. Nimdaş ağ paltoda ümidi solmuş yaşara- yaşara onu onu görməyinə əməlli başlı sevinirdi. Çoxdandır su altında yaşayırmış kimi yaşayırdı. Dünyanın səsləri, rəngləri elə bil itmişdi, indi dostunun sevinən üzü ona ötüb keçmiş, isti bir hissin mövcudluğunu xatırladırdı. Dostunun illər əymiş çiyninə baxa- baxa bu hissi oyatmaq istəyirdi. İçi tərpənmirdi ki, tərpənmirdi. Dostu evlənməmişdi, işləmirdi də. Ağarmış tellərinə, çürümüş sarı dişlərinə, ağzından gələn çaxır qoxusuna acıya- acıya əlini dostuna tərəf uzatdı. Öpüşüb ayrıldılar.
      İçində qımıldanan hissin kökünü axtara- axtara bağın asfalt döşənmiş enli pillələriylə üzüyuxarı qalxırdı. Birdən- birə işdə unutduğu eynəyi yadına düşdü. Kefi əməlli başlı pozuldu. Əvvəl istədi geri qayıda. Sonra tənbəllik elədi. Arvadı səhər balıq istəmişdi. Evdən çıxanda pulu öz əl iylə hesablayıb döş cibinə qoymuşdu. Nahar edəndə bu pulu üstündən xərcləmişdi. Eynəksiz nə balıqların piştaxta üstə yazılmış qiymətlərini oxuya biləcəkdi, nə də cibindəki pulun miqdarında alacağı balığın çəkisini yoxlayacaqdı. Bunları satıcıdan soruşmağa da utanacaqdı, özü üçün yaratdığı mənasız qayğıdan əsəbləşdiyini görüb balıq almaqdan vaz keçdi. Yəqin ki, evdə yeməyə nəsə vardı.


      orxan-fikretoglu-vaxt.pdf [1,08 Mb] (Yüklənilib: 42)




    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.