+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 30 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Dastani Əhmed Hərami
    0



    • Dastani Əhmed Hərami
      "Dastani Əhməd Hərami" — XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur.

      Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır.

      Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.

      Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur.

      Əsər tapılarkən onun üz qabığı cırıldığına görə müəllifinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Lakin əsərin quruluşu onun savadlı, istedadlı biri tərəfindən yazıldığını göstərir.

      Ümumiyyətlə bizim bütün dastanlarımız sadəcə Azərbaycanda deyil, həmçinin bütün dünyada məşhurdur. Onu qeyd etmək lazımdır ki,Dastani-Əhməd Hərami əsərinin müəllifi bilinməsə də əsərin çox ustalıqla və savadla yazıldığı aşkardır.o ki,qaldı bu əsərin kim tərəfindən yazıldığına ,məncə,bunu yalnız əl yazmalarının müqayisəsi ilə müəyyən etmək olar



      dastani-ehmed_herami.pdf [222.92 Kb] (Count: 3)



    Information
    Members of Guest cannot leave comments.