+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 32 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Fikrət Qoca - Dayanacaqda görüş
    0



    • Fikrət Qoca - Dayanacaqda görüş
      Fikrət Qocanın yaradıcılığındakı dayanacaqların sayı bəlli olmasa da, ömür qatarı 75-ci dayanacağa gəlib çatdı. Bu əlamətdar hadisə Dövlət Filarmoniyasında qeyd olundu. Çünki Fikrət Qocanın poeziyası musiqili poeziyadır. Yarım əsrdən çoxdur ki, Fikrət Qocanın şehi qurumamış şeirləri misra-misra yaddaşımıza hopub ruhumuzu oxşayır, yarım əsrdən artıqdır ki, bəstəkarlar onun şeirlərinə gözəl mahnılar bəstələyirlər.
      Şairlər arasında qocalıqdan qorxmayan yeganə şair də elə Fikrət Qocadır. Odur ki, 75 illik yubileyini yaxınlarının, dostlarının, oxucularının arasında həmişəcavan Fikrət Qoca kimi qarşıladı.
      Gecəni bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova açaraq Fikrət Qoca poeziyasının işığına yığışanları salamladı.
      Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 60-cı illər nəslinin öz dəst-xətti, üslubu ilə seçilən və sevilən şairlərindən biri Fikrət Qocanın özünəməxsus yaradıcılığından söz açdı. Qələm dostuna yeni yaradıcılıq uğurları və cansağlığı arzulayan yazıçı şairin çox sevdiyi “Babalarım” şeirindən misralar da söylədi:



      fikretqocadayanacaqda_gorush.pdf [303.18 Kb] (Count: 6)



    Information
    Members of Guest cannot leave comments.