+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 72 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Rövşən Yerfi - Residivist
    0



    • Rövşən Yerfi - Residivist
      1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri və 7 hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir.

      Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın həbsxanası haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013)) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

      Beş kitab redaktorudur. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Esse, hekayə və povestləri ondan çox saytlarda, o cümlədən Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 7 elektron kitabı yayımlanır.



      rovsenyerfi-residivist.pdf [885.3 Kb] (Count: 17)



    Information
    Members of Guest cannot leave comments.