+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 67 Müəllif: Vivo-Book 1 həftə və 4 gün əvvəl
    Elişir Nəvai - Seçilmiş əsərləri
    0



    • Elişir Nəvai - Seçilmiş əsərləri
      Əlişir Nəvai (1441-1506) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.
      Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi.Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir.



      elisir-nevai-secilmis-eserleri.pdf [779.33 Kb] (Count: 9)



    Information
    Members of Guest cannot leave comments.