+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 107 Müəllif: Vivo-Book 1 ay və 1 həftə əvvəl
    İnternet Dərsliyi
    0



    • İnternet Dərsliyi
      İnternet ( ing. Internet (Inet, I-net) ~ ru. Инт, Сеть ~ tr. Genel Ağ) TPC/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir. Başqa sözlə internet şəbəkələrin şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir bir ilə optik, elektron, wifi və s vasitə ilə qlobal və ya lokal şəkildə bir birinə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s şəbəkələr daxildir. İnternetin əsası 1960-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
      İnternet – [lat. internus – daxili; inter – arasında və ing. net – şəbəkə] 1)hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; 2)kompyüter rabitə kanalı; 3)tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompyüter şəbəkəsi; 4)bütün dünyada milyonlarla kompyüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompyüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq.



      internet.doc [269,5 Kb] (Yüklənilib: 28)





    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.