+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 128 Müəllif: Reno 1 ay və 2 həftə əvvəl
    Aleksandr Düma - 3 Muşketyor
    0



    • Aleksandr Düma - 3 Muşketyor
      Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur. Bu hadisə 1625-ci ilə-Kral XIII Lüdovikin hökmranlıq etdiyi dövrə təsadüf edir. Dartanyan kral muşketyorlarının komandanı cənab de Trevilin hüzuruna atasının ona verdiyi zəmanət məktubu ilə təşrif buyurur. Dartanyanın üç dueldən sonra muşketyorların ənənəvi düşməni olan kardinal de Rişelyenin mühafizə dəstəsi ilə Atos, Portos və Aramisin iştirak etdiyi döyüş nəticəsində adları çəkilən bu dörd personaj dostlaşır. Portosun əsl adı dü Valondur, Atos kimi təqdim olunan qraf de la Fer fırıldaqçı bir qadınla kəbin nəticəsində müflisləşmişdir, Aramis isə mistik meylli qadınlara göstərdiyi meyllə ziddiyyət təşkil edən de Erble şevalyesidir.[q 5] Muşketyorların dəstəsinə qəbul edildikdən sonra, Dartanyan təsadüfən nə vaxtsa Atosun həyat yoldaşı olmuş, hazırda isə kardinalın hiyləgər agenti miledi de Vinterin qurbanına çevrilir. Bu ötəri hiss olur, lakin Dartanyan əsl məhəbbət hissi də yaşayır: o kraliça Avstriyalı Annanın sadiq qulluqçusu Konstans Bonasyeyə aşıq olur. Kraliça kralın ona hədiyyə etdiyi 12 brilyant qaşlı bəzək əşyasını aşnası qraf de Bekinhemə bağışlamışdır. Kraliçanı məhv etmək istəyən Rişelye kralın beyninə salır ki, arvadı sarayda təşkil olunan növbəti balda o bəzək əşyalarını taxmalıdır. Dörd qəhrəman İngiltərəyə üz tutmalı olur və bir çox çətinliklərlə üzləşir, ancaq yenədə tapşırığı yerinə yetirib kraliçanı xilas etməyə müvəffəq olurlar.

      Muşketyorlar La Ro şelin tutulması sevincini yaşayan zaman miledi protestantların tərəfdarı olan Bekinhemi öldürməyə cəhd göstərir. Muşketyorlar onu həbs edir, amma o qaçmağı bacarır. Miledi qrafı öldürtdürür və Konstans de Bonasyeni zəhərləyir. Dörd dost onun öldürdüyü lord Vinterin qardaşının köməkliyi ilə onu cəllad Betünə verərək etdiyi cinayətləri yudurdurlar. Rişelye ilə barışmış Dartanyan leytenant rütbəsinə layiq görülür. Atos kəndə qayıdır, Portos evlənir, Aramis isə keşiş olur.


      aleksandr-duma-3-musketyor.pdf [15,59 Mb] (Yüklənilib: 42)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.