+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 105 Müəllif: Reno 1 ay və 1 həftə əvvəl
    Aleksandr Puşkin - Əsərləri
    0



    • Aleksandr Puşkin - Əsərləri
      Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.

      1799-cu il iyunun 6-da Moskvada anadan olan Puşkinin dünya görüşünün formalaşmasında şairin nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Arina Radionovna məharətlə nağıl danışar, xalq inanclarını, atalar sözlərini, tapmacaları yaxşı bilirdi. Sonradan Puşkin dayəsinin süjetlərindən istifadə edirək və "Çar Saltan haqqında nağıl", "Qızıl xoruz haqda nağıl", "Ölmüş çar qızı haqda nağıl" və başqa əsərlər yazır.

      1811-ci ildə Puşkin Çarskoselsk liseyinə qəbul olur. Liseydə oxuduğu 6 il onun şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərir. Həmin illərdə gənc Puşkin ədəbi fəaliyyətə başlayır. 16 yaşında Derjavinin qarşısında "Çar kəndində xatirələr" şerini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi "Yaşıl çıraq" ədəbi-teatr cəmiyyətinə üzv olur.


      aleksandr-puskin-eserleri.pdf [852,58 Kb] (Yüklənilib: 24)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.