+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 59 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Con Steynbek - Xrizantemlər
    0



    • Con Steynbek - Xrizantemlər
      Qəlbidəki boz-xovlu qış dumanı Salinas vadisini həm göydən, həm də dünyanın qalan hissəsindən ayırmışdı. Qapaq kimi hər tərəfdən dağların üstünə çökmüş duman böyük vadini ağzıbağlı qazana çevirmişdi. Geniş düzəngahlarda kotanların dərin şırımlarda ardıcı qara torpaq metal kimi parıldayırdı. Salinas çayının eninə düzülən dağətəyi fermalarda sarı kövşənlər sanki solğun və soyuq günəş şəfəqlərində çimmişdilər, amma dekabrda vadidə günəş şəfəqləri olmur. Çay boyu uzanan sıx söyüdlüyün sarı yarpaqlarıydı belə parıldayan.
      Ətraf sükut içindəydi, nəsə gözlənilirdi. Hava soyuq və zərifdi. Cənub-qərbdən əsən külək elə gücləndi ki, fermerlər yaxşı bir yağış yağacağına ümid elədilər, amma dumanla yağış eyni vaxtda gəlmir.
      Henri Allenin çayın qırağındakı dağətəyi fermasında xeyli iş görülmüşdü: ot çalınıb yığılmış, meyvə bağı bellənmişdi ki, yağış yağsa, daha dərinə getsin. Hündür yamaclardakı mal-qaranı tük basmışdı.
      Çiçəklikdə işləyən Elisa Allen həyətə baxıb, əri Henrinin iş paltarı geymiş iki kişiylə danışan gördü. Üçü də traktor qarajı tərəfdə, bir ayaqlarını Fordsonun qırağına qoyub, siqaret çəkə-çəkə danışır və maşına baxırdılar.


      con-steynbek-xrizantemler.pdf [161 Kb] (Yüklənilib: 15)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.