+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 94 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Frans Kafka - Atama Məktub
    0



    • Frans Kafka - Atama Məktub
      Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişfir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.

      1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır.

      Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə fiziki və mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.


      frans-kafka-atama-mektub.pdf [1,27 Mb] (Yüklənilib: 24)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.