+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 151 Müəllif: Vivo-Book 1 ay və 1 həftə əvvəl
    Patrik Zuskind - Ətriyyatçı
    0



    • Patrik Zuskind - Ətriyyatçı
      Patrik Züskind (alm. Patrick Süskind) - Müasir alman yazıçısı, dramaturqu və ssenaristi.

      Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib.

      Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məşhur "Kir Royal", "Monako Frans" və "Rossini və ya kim kim ilə yatdı" adlı televiziya filimlərinə ssenari yazıb.


      Azərbaycanda çapdan çıxmış "Ətriyatçı" romanının üz qabığı
      Teatr səhnəsində Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona dünya şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin" (1987) və "Cənab Zommerin tarixi" (1991) novellalarını yazıb.

      Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.

      2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb.



      patrik-zuskind-etriyyatci.pdf [1,54 Mb] (Yüklənilib: 85)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.