+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 93 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Somerset Moem - Kilsə xidmətçisi
    0



    • Somerset Moem - Kilsə xidmətçisi
      Günorta Nevil meydanındakı kilsədə xaç suyuna salınma mərasimi keçirilmışdı, ona görə də Albert Edvard Fomən hələ də iş paltarında idi. O, toy və dəfn mərasimləri üçün ayrılmış təzə xələtini geyinməmişdi, çünki o xələtin büzmələri elə şax idi ki, elə bil, yundan yox, tuncdan hazırlanmışdı. Albert hər gün geyindiyi xələtində idi. O, bu xələtda özünü yaxşı hiss edirdi, axı bu xələt onun işlədiyi kilsənin simvolu idi. Bu xələt əynində olmayanda (evə gələndə xələtini çıxarırdı) özünü birtəhər hiss edirdi, elə bilirdi ki, nə isə itirib. Albert iş paltarına yaxşı qulluq edirdi, onu özü hamarlayır, özü dı ütüləyirdi. Bu kilsədə xidmətçi olduğu 16 il ərzində onun çoxlu belə xələtləri olmuşdu. Ancaq o xələtlər köhnələndə Albertin onları atmağa əli gəlmirdi. O, köhnəlmiş xələtləri səliqəylə qatlayır və yataq otağındakı paltar şkafının axırıncı siyirtməsinə qoyurdu.

      Xidmətçı sakitcə öz işi ilə məşğul idi; rənglənmiş taxta qapağı xaç suyuna salmaq üçün işlədilən mərmər ləyənin ağzına örtdü, xəstə qoca qadın üçün gətirilmış stulu öz yerinə qoydu, sonra isə cübbələrin saxlandığı otaqda olan vikarını gözləməyə başladı ki, o çıxandan sonra oranı da yığışdırıb evinə getsin. Az sonra vikarı göründü, mehraba yaxınlaşanda diz çöküb dua etdi, sonra isə kilsə keçidinə tərəf getdi. Onun cübbəsi hələ də əynində idi: "O boş-boşuna nə gəzir? - xidmətçi öz -özünə dedi.- Məgər bilmir ki, mən də nahar etməmişəm?"


      somerset-moem-kilse-xidmetcisi.pdf [135,61 Kb] (Yüklənilib: 32)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.