+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 151 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Mark Tven - İblislə sövdələşmə
    0



    • Mark Tven - İblislə sövdələşmə
      Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı.Düşüncələrə dalmış vəziyyətdə qaranlıq otaqda əyləşib İblisin yolunu gözləyirdim. Elə sükut hökm sürürdü ki, milçək uçsaydı vızıltısı eşidilərdi. Budur, uzaqdan güclə eşidilən qalın kilsə zənglərinin səsi gecəyarısının düşməsindən xəbər verir: bom-m, bom-m. Ayağa qalxıb daxilən özümü qonağın qulaqbatırıcı gurultu və kükürd iyi ilə müşaiyət edilən gəlişinə hazırlayıram. Lakin nə gurultu qopdu, nə də kükürd iyi gəldi. Bağlı qapının arasından sakitcə içəri keçən müasir görünüşlü İblis səhnədə görməyə adət etdiyimiz görkəmdə idi – hündür, qədd-qamətli, yüngül yerişli, əynində bədəni saran triko, böyründə şpaqa, çiyinlərə atılmış enli qısa plaş, üzərinə başı aşağı əyilmiş lələk sancılan qoçaqcasına şaxı sındırılmış şlyapa, ağıllı üzündə incə mefistofelvari istehzalı təbəssüm.
      Ancaq nə od tutub yanır, nə də tunc kimi qıpqırmızı rəngdəydi, qətiyyən! Nəsə möhkəm közərdilmiş məşələ, dirəyə, ya da kölgə kimi yaşıl çalara malik bəyaz alov rəngli sütuna bənzəyirdi. O, ayın buludsuz səmada yüksəkdə durduğu zaman tropik dənizinin ləpələrlə örtülmüş səthi kimi gümüşü şölə saçırdı.



      mark-tven-iblisle-sovdelesme.pdf [182,1 Kb] (Yüklənilib: 55)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.