+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 137 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Naməlum qadının məktubu - Stefan Sveyq
    0



    • Naməlum qadının məktubu - Stefan Sveyq
      Sənin baxışın daha sərt, daha alovlu olurdu, o məni od kimi yandırırdı. Mən çalışırdım başa düşəm ki, sən axır ki, məni tanıdın, yoxsa mən yenə də sənin üçün yeni, başqa, yad bir qadınam?! Qan üzümə çırpıldı. Dostlarımın suallarına necə gəldi cavab verməyə başladım. Sən hiss etməyə bilməzdin sənin baxışın məni necə narahat edirdi. Başının zəif hərəkəti ilə mənə işarə elədin ki, mən bir dəqiqəlik vestibülə çıxım. Sonra sən qəsdən yüksək səslə hesabı istədin, dostlarına sağollaşdın və bir daha məni gözləyəcəyini işarə edərək çıxdın. Mən qızdırmalı kimi əsirdim, bir söz də deyə bilmirdim, məni bürüyən narahatlığı üzərimdən ata bilmirdim. Elə bu an bir zənci cütlük ayaqqabılarını tez – tez yerə döyərək müasir bir rəqs ifa etməyə başladılar və bütün diqqətlər onlara yönəldi və bundan istifadə edərək, qalxdım, dostuma dedim ki, indi qayıdıram və sənin ardınca çıxdım.



      namelum-qadinin-mektubu-stefan-sveyq.pdf [170,49 Kb] (Yüklənilib: 76)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.