+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 130 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Vilyam Şekspir - Hamlet
    0



    • Vilyam Şekspir - Hamlet
      anınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti onun dramaturgiyası, xüsusilə də faciələri gətirmişdir. Lakin poeziyası ilə tanışlıq belə bir fikri əsaslandırır ki, ümumilikdə 37 pyes (faciə,komediya və tarixi-xronoloji janrlarda) yazmış Şekspir dramaturq olmasaydı da, bir şair kimi ədəbiyyat tarixində qalacaqdı.Sonet janrının XIV əsrin əvvəllərində İtaliyada yarandığı Azərbaycan oxucusuna yaxşı məlumdur.Sonralar bu janr bütün Qərbi Avropa ölkələrinə yayılmışdır. Sonet janrına qədər Avropa ölkələrində adətən iri həcmli olan ballada janrı geniş yayılmışdı. Cemi on dörd misralıq poetik nümunə olan sonetin bu və ya digər fikrə çevik münasibəti şairləri özünə cəlb edirdi ki, V. Şekspir də həmin cazibədən kənarda qala bilməmişdir.
      İngilis intihabının nəhəngi Vilyam Şekspirin (1564-1616) “hamlet” faciəsindəki “Olum, ya ölüm?” monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyi”nə qarşı son misrada şairin (lirik qəhrəmanının) “qələbə hökmü” yaşatmaq yanğılı ürəyinin odundan xəbər verir:

      Ölüm istəyirəm, çarə budur, bax,
      Səni tək qoymağa qıymıram ancaq!
      — deyən Şekspirin işıqlı qəlbininin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta sədaqətinin, qadına mehr-ülfətinin, məhəbbətinin… gözəl, yadda qalan bədii lirik lövhələrini yaratmışdır.

      “Hamlet” faciəsi şair-dramaturq Şekspirin yaradıcılığının, eləcə də ingilis intihabının şah əsəri kimi qiymətləndirildi. Bir müddət “kölgə”də qalan “Sonetlər” isə şairin zəngin ədəbi irsində öz ideya-estetik dəyərinə görə “Hamlet”dən sonra ikinci yeri qazandı.


      vilyam-sekspir-hamlet.pdf [1,09 Mb] (Yüklənilib: 74)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.