+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 82 Müəllif: Vivo-Book 3 həftə və 5 gün əvvəl
    Con Maksvel - Rüsvaycılıq
    0



    • Con Maksvel - Rüsvaycılıq
      Con Maksvell Kutzee əslən Cənubi Afrikadan olan yazıçı, tərcüməçi və pedaqoqdur. Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən ХVII əsrdə Danimarkadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi.

      Keçən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompyuter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı. ABŞ-da pedaqoji sahədə işlədiyi illərdə Con Kutzee Teхas universitetində Samuel Bekketin poetik dilinin kompyuter təhlilinə həsr olunmuş dissertasiya müdafiə etmişdi.

      Yazıçı 1971-ci ildə ABŞ-da oturum izni almış və Nyu-Yorkdakı Buffalo universitetində ingilis ədəbiyyatı professoru vəzifəsində çalışmışdı. Lakin Vyetnam müharibəsi ilə bağlı sərt antiamerikan mövqeyinə görə onun "yaşıl kartına" хitam verilmişdi. Təхminən iyirmi il Keyptaunda yaşadıqdan sonra Con Kutzee 2003-cü ildə yenidən ABŞ-a, Çikaqo universitetinə dönmüşdü. 2006-cl ildə o, Avstraliya vətəndaşlığını qəbul etmişdi. Yazıçının bu addımı son illərdə ağdərili əhalinin Cənubi Afrikanı kütləvi köçü ilə əlaqəlidir. Hazırda Con Kutzee Avstraliyanın Adeleida universitetində çalışır. Orijinal bədii yaradıcılığı ilə bir sırada Danimarka və yerli Afrikaans dillərindən tərcümələri ilə də tanınır.




      con-maksvel-rusvayciliq.pdf [995,22 Kb] (Yüklənilib: 18)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.