+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 112 Müəllif: Vivo-Book 3 həftə və 5 gün əvvəl
    Ernest Heminquey - Əcəl zəngi
    0



    • Ernest Heminquey - Əcəl zəngi
      Ədəbiyyat üzrə Nobel mükafatçısı Amerika ədəbiyyatının şöhrətini bütün dünyaya yayan Ernest Heminquey “Qadınlarsız kişilər” (1927), “Əlvida, silah” (1929), “Kilimancaro qarları” (1938), “Əcəl zəngi” (1940), “Qoca və dəniz” (1952), “Afrikanın yaşıl təpələri”, “Fırtınadan sonra”, “Qorxulu yay fəsli”, “Məğlubedilməz”, “Qatillər”, “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” və s. əsərlərinə görə dünya ədəbiyyatında əbədi yaşayacaqdır. Ernest Heminqueyin həyatı və yaradıcılığı dəfələrlə yüksəliş və tənəzzül dövrünü yaşayıbdır. Məsələn, onun həyatında dəfələrlə təhlükə, ölümlə üzləşməsi, könüllü olaraq Birinci Dünya müharibəsinə yollanması, Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etməsi, ayağından yaralanması, igidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olması, müharibə ilə bağlı bir sıra hadisələri, personajları öz gözü ilə görüb yazdığı əsərlərə gətirməsi bir daha təsdiq edir ki, o, təhlükəli, ziddiyyətli bir həyat yaşamışdır. Onun həyat tərzindəki qəribəliklər, qeyri-adiliklər yaradıcılığında da görünür, müşahidə olunur. 1929-cu ildə yazdığı “Əlvida, silah” romanında gözü ilə gördüyü hadisələri, müşahidə etdiyi hadisələri yazmışdır. Bu, onun ən yaxşı əsəri kimi ədəbi yaradıcılığının yüksəlişini, yüksəliş mərhələsini təşkil edir. Ancaq bu əsərdən sonra onun yaradıcılığında tənəzzül dövrü başlamışdır. 1930-cu illərdə onun yaradıcılığı tənəzzül dövrünü yaşayan yaradıcılıq kimi xarakterizə olunur. Ernest Heminqueyin yaradıcılığında belə yüksəliş və tənəzzül mərhələləri dəfələrlə olmuşdur.




      ernest-heminquey-ecez-zengi.pdf [10,36 Mb] (Yüklənilib: 32)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.