+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 191 Müəllif: Vivo-Book 3 həftə və 5 gün əvvəl
    Jan Pol Sartr - Ürək bulantısı
    0



    • Jan Pol Sartr - Ürək bulantısı
      Bu dəftərlər Antuan Rokantenin kağızları arasından tapılıb. Biz onları heç bir dəyişiklik etmədən çap edirik.
      İlk səhifədə tarix yoxdur, amma təxmin edirik ki, qeydlər gündəlik yazılmamışdan bir neçə həftə əvvəl edilib. Bu isə təxminən 1932-ci ilin yanvar ayının ilk günlərinə gedib çıxır.
      Həmin dövrdə Mərkəzi Avropanı, Şimali Afrikanı və Uzaq Şərqi gəzmiş Antuan Rokanten üç il idi ki, Markiz de Rolbona həsr edilmiş tarixi araşdırmalarını bitirmək üçün Buvildə dayanmışdı.
      Jan – Pol Sartrın həyatından, əsərlərindən, nəzəri və fəlsəfi işlərindən, siyasi fəaliyyətindən xəbəri olan hər kəs başa düşür ki, bu heç də təsadüfi deyil.

      Sartr bütün dünyaya özünü 1938 – ci ildə bu kitabla tanıdıb. “Ürəkbulanma” əsəri Sartrın bundan sonrakı bütün əsərlərinə öz “xüsusi” təsirini göstərib.
      Müəllifin qaldırdığı mövzular movcudluq fəlsəfəsi üçün xarakterikdir: İnsan taleyi, xaos, qorxu hissi, ümidsizlik, çarəsizlik.
      Əsər XX əsrin 60 – cı illərində tələbə hərəkatlarının, demokratik və maoist hərəkatların həm iştirakçısı, həm də simvolu olub.
      Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur. Gündəliyin məqsədi - əsl mahiyyəti axtarıb tapmaqdır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Daha dəqiq desək, “Ürəkbulanma” Rokentenin dünyanı anidən dərk etməsi ilə müşahidə olunan hisslərinin kəskinləşməsidir. Rokentenin başına gəlmiş hansısa bir iş onu narahat edir və səbəbin tapmağa çalışır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Ürəkbulanma Rokentenin dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olunan hisslərinin kəskinləşməsidir. O, ilk dəfə yerdə gördüyü daş parçasını götürmək istəyəndə, bunu bacarmadığını başa düşür. Və elə bu anda da o, mövcudluğun absurdluğuna qarşı “ürəkbulanma“ hiss etməyə başlayır.
      M.A.Kisselin romanı oxuduqdan sonra gəldiyi nəticə: “Həqiqət insandan azadlıq uğrunda hərəkət tələb edir. Öz ağlının və iradəsinin gücü ilə “azadlıq proyektini” yalnız o gerçəkləşdirə bilər”.



      jan-pol-sartr-urek-bulantisi.pdf [1,39 Mb] (Yüklənilib: 73)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.