+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 294 Müəllif: Vivo-Book 3 həftə və 5 gün əvvəl
    Jan-Pol Sartr - Yalnız Həqiqət
    0



    • Jan-Pol Sartr - Yalnız Həqiqət
      Sartr yalnız fransız ədəbiyyatında deyil, ümumiyyətlə, XX əsr dünya ədəbiyyatında çox ciddi bədii-estetik və fəlsəfi iz qoymuş romanlar, hekayələr, pyeslər və esselər müəllifidir. Sartr yaradıcılığını («dünya ədəbiyyatında Sartr hadisəsi» desəm, elə bilirəm daha dəqiq olar!) yalnız bir sözlə səciyyələndirmək lazım gəlsəydi, mən deyərdim: orijinallıq və bu səciyyə təhkiyyənin, dialoqların quruluşundakı orijinallıqdan tutmuş, dünyaya, həyata orijinal mütəfəkkir baxışına qədər Sartr bədii-fəlsəfi
      təfəkkürünü ehtiva edir. Yaradıcılığa erkən başlamış Sartr yalnız 35 yaşından sonra ilk pyesini yazıb və bundan sonra XX əsr dramaturgiyasında və teatrında «Sartr teatrı» anlayışı yaranıb. Yığcam şəkildə desəm, mənim fikrimcə, bu anlayışın məğzində təfəkkür ilə vicdan arasındakı vəhdətin bədii ifadəsi dayanır. «Sartr teatrı»nda Molyer ənənələrindən gələn işartılara da rast gəlmək olar, Balzakın, Stendalın, Hüqonun, Floberin fransız nəsrində qələmə aldıqları mövzu və xarakterlərin inkişafını da axtarıb tapmaq olar. Sartrı ekzistentsializmin başında duranlardan biri hesab edirlər və bu zaman onun dramaturgiyası da nəzərdə tutulur, ancaq şəxsən mənim üçün bu teatr - «Sartr teatrı» bütövlükdə, bir küll halında tamam müstəqil, azad və sərbəstdir; bu teatrın üzərində ənənələrdən və XX əsrin estetik təmayüllərindən azad fərdi Sartr möhürü var.





    Information
    Members of Guest cannot leave comments.