+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 21 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Ceyms Fenimor Kuper - Sonuncu Mogikan
    0



    • Ceyms Fenimor Kuper - Sonuncu Mogikan
      Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında apardıqları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.

      Kuper bu romanda bir sıra maraqlı romantik qəhrəman obrazları yaratmışdır. Onun təsvir etdiyi obrazlar iki yerə bölünür: mənfi və müsbət qəhrəmanlar. Yazıçı ingilisləri və mogikan hindularını müsbət, fransızları və quron hindularını isə mənfi qəhrəmanlar kimi göstərmişdir.

      Ağüzlü adamların (avropalıların) Amerikaya qədəm basması hələ ki, sivil həyat nəticəsində korlanmayan bu Yeni Dünya üçün çoxsaylı faciələrlə nəticələnir. Uzun əsrlər boyu öz qədim milli adət-ənənələrini, əsatirlərini, folklorunu və mədəniyyətini qoruyub saxlayan, daha çox təbiət qüvvələri ilə mübarizə apararaq yaşayan hinduların həyatı təhlükə qarşısında qalır. Bu romanda bir hindu qəbiləsinin (mogikanlar) məhvi və hindulara (burada mogikanlara) xüsusi rəğbət bəsləyən Natti Bamponun həyat tarixçəsi müəyyən rəmzi səciyyə daşıyır. Bu əgər bir tərəfdən hinduların məhvi ilə qədim mədəniyyətlərin məhv olmasına bir işarə idisə, digər tərəfdən Nattinin ailə həyatı qura bilməməsi, bu sahədə bu mərd, igid, cəsur, sözün tam mənasında humanist bir insanın bəxtinin gətirməməsi artıq zəmanənin dəyişdiyindən, yəni, namərd





    Information
    Members of Guest cannot leave comments.