+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 33 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Ernest Heminquey - Əcəl Zəngi
    0



    • Ernest Heminquey - Əcəl Zəngi
      O, şam iynələriylə örtülmüş boz torpağa uzanıb çənəsini əllərinə dayamışdı, külək isə başı üzərindəki hündür şam ağaclarının uclarını yırğalayırdı. Yamac bu yerdə çox da sərt deyildi, amma xeyli aralıda sanki qəfildən qırılır və uçurum başlanırdı; sıldırımın üstündən baxanda dərənin dibiylə qıvrıla-qıvrıla baş alıb gedən yol görünürdü. Qara zolağa oxşayan bu yol çayın yaxası boyunca uzanır, dərənin lap qurtaracağında isə taxta zavodu, bir də bəndin gün işığında parıldayan suaşarı gözə dəyirdi.

      Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul, 1899 – 2 iyul, 1961) – amerikalı yazıçı və jurnalist. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə "Iceberg") üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə "omission") yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı.

      Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.



      ernestheminquey-ecel_zengi.pdf [11.99 Mb] (Count: 3)



    Information
    Members of Guest cannot leave comments.