+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 46 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    İsa Muğanna - Cəhənnəm
    0



    • İsa Muğanna - Cəhənnəm
      "Cəhənnəm" deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmaq hansı vicdansız yaradıcıya lazım olub? Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, "insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı,"Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi ikinci əsrə qədəmqoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəmin doğrudanda varlığını və ya "mif"liyini sübut etsin?!

      Bu sözlər görkəmli yazıçımız olan İsa Muğannanın Cəhənnəm romanındandır. Əsəri oxuyarkən başa düşmək üçün xeyli cəhd göstərdim. Ancaq anlamaq üçün hardasa yarılamağım lazım gəldi. Nə qədər anladım orası bir müəmmadır.


      Bünyad bəy adında 113 yaşlı SSRİ çekstinin bir növ hesablaşması gedir. Keçmişindən bu gününə, unuttuqları və ya xatırlaya bilmədikləri, beyninin dərinliklərində olan nə varsa hamısının hesablaşması... Təbii ki, bununla qalmır. Xalqlar haqqında, sözlər haqqında verdiyi bilgilər insanın beyninə işləyir. Dilimizdə təhrif olan sözlərin həqiqi mənasına kimi araşdırıb yazmışdır. Lenin, Stalin, N. Nərimanov, Mircəfər Bağırov(yazıçıona Mirqəzəb deyir), Heydər Əliyev kimi şəxsiyyətlərin adının çəkilməsi, siyasətləri və bunlara etdiyi şərhlər də, dünya görüşünün necə əhatəli olduğundan xəbər verir.
      Və son olaraq da bunu deyim ki, İsa Muğanna fikirləri anlaşılmaması səbəbiylə bu gün bir çox insan tərəfindən oxunmur . Yazıçının əsərləri əsasında çəkilən "Nəsimi" ("Məhşər" əsəri əsasında), "Tütək Səsi" filmi(eyni adlı əsəri əsasında) onun çox tanınması üçün kifayət etməyib. Ancaq bunu deyə bilərəm ki,əgər fikirləri mənimsənib üzərində durulsa, Bəlkə də Muğanna Azərbaycan ədəbiyyatında bir fəlsəfi devrim edə bilər....



      isamuganna-cehennem.pdf [767.82 Kb] (Count: 10)



    Information
    Members of Guest cannot leave comments.