+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 43 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Jul Vern - İyirmi min lye su altında
    0



    • Jul Vern - İyirmi min lye su altında
      Əsər yazıldığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlanğıc mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika höküməti Narvalın tutulması üçün işçi qrupu hazırlanır. İşçi qrupuna alimlər, dənizçilər və hərbiçilər qoşulur. Pyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur. Alimin işçi qrupuna gəlməsi, burada yeni bir canlanma yaradır. O burada, su altında gördükləri qarşısında çox məəttəl qalır. Buradakı fikirlər o dövrdə Yazıçının necə fantastik fikirlər irəli sürdüyünün sübutudur. Burada professorun nökəri, əslində isə ən yaxın dostu Konsel çox müsbət bir sürətdir. Çünki o dostluqda sədaqət haqqında fikirləşməyə kömək edir. Burada çəngəlçi Ned Lend surəti də vardır ki,o bir qədər qəribə xüsusiyyəti ilə diqqəti cəlb edir. O, acgözlükdən hətta ac qalsa, insan əti yeməyə belə razı olar, özü də məmnuniyyətlə. Burada kapitan Nemo öz bilikləri ilə çox seçilir. Hətta o, elə işlər görmüşdü ki, professor onların qarşısında məəttəl qalır. Əsərin bir hissəsində Ned Lendin matroslarından biri ölümcül yaralanır. Və o, matrosa baxmaq üçün professordan kömək istəyir. Professor bunu məmnuniyyətlə qəbul edir. Bunu qəbul etməkdə onun iki məqsədi var idi:

      Xəstəni xilas etmək
      Ən mühümü isə "Nautilus"da baş verən o sirli hadisəni öyrənmək.
      O bunların heç birisində uğurlu ola bilmədi. Xəstə ölümcül yaralanmışdı. O professorun vəd etdiyi kimi 2 saat ərzində öldü. Kapitan Nemo onu su altında özünün xüsusi qəbirstanlığına basdırdı. Həmçinin, bu əsərdə elmlərin çoxu ilə qarşılaşmaq mümnkündür. Məsələn, riyaziyyat, coğrafiya, biologiyanın müxtəlif şöbələri, kimya, fizika kimi elmlərlə çox əlaqəli bir əsərdir. Burada professor öz yaşını anlatmaq üçün özünün də dediyi kimi "çox çətin yolla" izah etdi, riyazi yolla. Konsel isə öz bioloji elmləri ilə həddindən artıq seçilirdi. O, qarşısındakı bütün bitkiləri qruplaşdırırdı. Burada "Nautilus"un keçdiyi yerlər haqda çox maraqlı faktlar da verilirdi. Gəminin içərisində onun harda olduğunu müəyyən etmək üçün xüsusi koordinat göstəricisi də var idi. Həmçinin burada Kapitan o qədər cihaz toplamışdı ki, bu cihazların yarısını professor tanımırdı. Burada diqqəti cəlb edən Nemonun soyuqqanlılığı olmuşdur. Gəmi Torres boğazında keçən zaman qumda oturmuşdu. Və bundan xilas olmaq üçün 4 gün müddətində gözləməli idilər. Bu müddətdə Ned Lend, Konsel və professor Nemodan icazə alaraq quruya getmişdilər. Onların ağlından ən çoxda Ned Lendin ağlından gəmiyə qayıtmamaq keçirdi ki, birdən ətrafı vəhşilərin bürüməsi ilə onlar məcbur tələsik gəmiyə qayıtdılar. Kapitan Nemo hətda,gəminin ətrafını vəhşilər, "insan əti yeyənlər" basdıqda belə professorun təlaşına fikir vermədən çox sakit şəkildə işini, müşahidələrini davam etdirirdi. Gəminin qapıları açıldıqda isə vəhşilər içəri girməyə cəhd göstərirdilər. Lakin burada "Kapitan Nemonun ildirımı" işə düşdü. Onlar qapıya yaxınlaşdıqda ildırımla arxaya sıçrayırdılar. Hətta Ned Lend də bu tələyə düşdü. Və ildırıma tutuldu. Professoru və oxucunu maraqlandıran ən mühüm sual isə hələ cavabsız idi.




      julvern-iyirmiminilsualtinda.pdf [29.66 Mb] (Count: 9)



    Information
    Members of Guest cannot leave comments.