+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 62 Müəllif: Vivo-Book 1 həftə və 6 gün əvvəl
    Migel De Servantes - Lamançalı Don Kixot
    0



    • Migel De Servantes - Lamançalı Don Kixot
      Don Kixot ispan yazıçısı Migel de Servantesin (1547-1616) dünya ədəbiyyatının ən məşhur nümunələrindən biri sayılan "Ağıllı zadəgan Don Kixot" əsərinin baş qəhrəmanıdır.

      Əsərin qəhrəmanı zadəgan Alonso Kixano İspaniyanın kiçik bir şəhərində yaşayır. O, cəngavərlər haqqında romanları oxumağı xoşlayır. Elə bu romanlardan ilhamlanaraq özünü cəngavər hesab edir.

      Alonso Kixano dünyanı səyahət etmək, macəra axtarmaq və igidlik göstərmək qərarına gəlir. Özünə "Don Kixot" adını seçir, ulu babalarından yadigar qalan yaraq-əsləhəni taxır, Rosinant adlı qoca və arıq atına minir və ilk səfərinə yollanır. Sanço Pansa adlı kəndlini isə özünə köməkçi götürür.

      Romanın birinci hissəsində qəhrəman iki sərgüzəştini həyata keçirir: karvansarayın qapısını qəsrlə səhv salır və yel dəyirmanına hücum edir.

      Don Kixotun hərəkətləri çox zaman əks nəticə verir. Yaxşılıq etməyə çalışsa da, ətrafındakılara yalnız zərər verir. Məsələn, Don Kixot çoban Andresi ağasının zülmündən qurtarmaq istəyir. Amma o getdikdən sonra ağası hirslənib Andresi yarımcan olanadək döyür.

      Ədaləti bərpa etməyə çalışan Don Kixot məhbusları azadlığa buraxır. Məhbuslar isə onu daş-qalaq edirlər. Don Kixotla tanış olan hər kəs onu dəli hesab edir. Dostları onu müalicə etmək üçün öz evinə qaytarmağa çalışır.

      Cəngavərin özü isə hesab edirdi ki, ona üz verən bütün bədbəxtliklər, insanların onu anlamaması yalnız igid adamlara qismət olan bir sınaqdır. Don Kixotun arzuları gülüş hədəfi olur. Hətta Sanço Pansa belə onu aldatmağa məcbur olur. Roman Don Kixotun xülyalarından ayrılması ilə başa çatır. O, məyusluqla cəngavərlikdən əl çəkir və öz adi həyatına qayıdır.Bundan sonra o,öz var-yoxunu bir nəfərə əmanət edib,ölür.





    Information
    Members of Guest cannot leave comments.