+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 30 Müəllif: Vivo-Book 1 həftə və 4 gün əvvəl
    Çingiz Aytmatov - Əlvida Gülsarı
    0



    • Çingiz Aytmatov - Əlvida Gülsarı
      Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi.
      İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orda o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi.
      Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi. Qaçmaq ehtirası onu günü-gündən bürüyürdü. Onun şöhrəti hər yana yayılmışdı. İnsanlar arasında Gülsarı haqqda deyərdilər: “Su dolu vedrə qoysan bir damcı belə su tökülməz.”
      Heç zaman Tanabay öz atının üzərinə kiminsə oturmasına izn verməzdi, hətta həmin o qadına da. May gecələrində onların gecə həyatı başlamışdı. Səhər sürü ilə məşğul olandan sonra o, Gülsarının üzərində Bübücangilə gedərdi. Gün çıxanda isə onlar yenidən ilxıda olan atların yanına qayıdardılar.

      Bir gecə dəhşətli qasırğa oldu və Gülsarı ilə Tanabay ilxıya çata bilmədilər. Tanabayın xanımı isə gecədən qonşulara köməyə getmişdi. İlxı tapıldı, Tanabay isə evə sonradan gəlib çıxdı. O gün xanımı ona dedi: “Uşaqlar birazdan böyüyəcək, sən isə hələ də..”
      Xanımı və qonşular dağılışdılar. Tanabay isə yerə yıxıldı. O üzü aşağı uzanıb, hönkür-hönkür ağlayırdı. O, utanc hissindən ağlayırdı.
      Həmin ilin qışında Çoro kolxozu tərk etdi və onun yerinə yeni sədr gəldi. Yeni sədr Gülsarını özü minmək istəyirdi.
      Gülsarını itirindən sonra Tanabay da ilxını buraxdı. O heç cür özünə gələ bilmirdi.
      Bir gün Tanabay yenidən ilxının içində Gülsarını gördü. Çox güman qaçmışdı. O, ilxıya can atırdı. Lakin bir az sonra iki nəfər Gülsarının dalınca gələrək yenidən onu apardılar. Üçüncü dəfə Gülsarı qaçanda Tanabay ata görə narahat olmağa başladı. Bir dəfə kolxoz sədrinin yanına gedərkən, ürəyi dözmədi və Gülsarıya baxdı. Onun qorxduğu başına gəlmişdi. Gülsarının arxa ayaqlarını yerə dayamışdılar. O, hərəkət edə bilmirdi. Tək- tənha, hərəkətsiz qalmışdı.
      Həmin ilin payızında Tanabayın taleyi qəfil dəyişdi. Çoro ona çoban olmağı tapşırdı.



      cingiz-aytmatov-elvida-gulsari.pdf [805.24 Kb] (Count: 1)



    Information
    Members of Guest cannot leave comments.