+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 39 Müəllif: Vivo-Book 1 həftə və 4 gün əvvəl
    Nikolay Qoqol - Seçilmiş əsərləri
    0



    • Nikolay Qoqol - Seçilmiş əsərləri
      Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь; 20 mart (1 aprel) 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası - 21 fevral (4 mart) 1852, Moskva) — görkəmli rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi, publisisti. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir.

      Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 19-da Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olmuşdur. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından olub xoş xasiyyәt, eyş-işrәt sevәn bir şәxs imiş ki, vaxtının çoxunu kefdә keçirirmiş. Anası isә sadәdil bir qadın imiş ki, hәr sözә inanarmış, çox vaxt ibadәtә mәşğul olarmış vә bәzi vaxtları da sәbәbsiz kədərlənər, darıxarmış. Qoqolun tәbiәt vә mәzacında valideynin bu müxtәlif cəhət və əxlaqı müşahidә olunurdu. Belә ki, Qoqol gah şad vә xürrәm olub, insanları şirin söhbәtlәri ilә valeh edәrmiş, gah da adamlardan qaçıb, bir bucağa sonsuz qәmə mübtәlaolub xәyal alәminә dalarmış.

      Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşayıb, kәnd әhlinin dolanacağı ilә tanış olmuşdur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә adablarını mütəmadi müşahidә edib, sonralar gördüklәrini bütünlüklə mәharәtlә yazıb, özünün hәqiqәtyazan bir әdibi-kamil olduğunu aşkar etmişdir.





    Information
    Members of Guest cannot leave comments.