+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 57 Müəllif: Vivo-Book 1 həftə və 4 gün əvvəl
    Qabriel Qarsia Marquez - Patriarxın payızı
    0



    • Qabriel Qarsia Marquez - Patriarxın payızı
      “Patriarxın payızı” romanı zorakılıq və despotizm faktları ilə kifayət qədər zəngin olan bəşər tarixinin qrotesk ümumiləşdirilməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur. Romanın qarmaqarışıq əhvalatı sözü gedən ölkədəki həyatın qarışıqlığı ilə üst-üstə düşür.

      Patriarx – hakimiyyət ideyasının özünün, onun insan şüuruna təsirinin təcəssümüdür. Roman bizə hökmdar haqda mifi nağıl eləsə də, bu, mifin özü kimi yox, mifyaratma prosesi kimi üzə çıxır. Bu hekayət mifin yaranması, rasional dərketməyə və təhlilə xalqın mif forması verə bilməsi haqqındadır. Ancaq mif nəinki yaranır və yaşayır, həm də diktatorun son, qəti ölümüylə bitir. Kollektiv hekayəçilərin diktator haqda nəql elədiyi bu hekayət təkcə mifin yaranması hadisəsi deyil, həm də elə mifin dağıldığı vaxt onun dərk edilməsi və ona münasibətdir.

      Latın Amerikası nəsr ənənələrinə sadiq qalan yazıçı, əsərləri çox satılan yazıçıların fəndlərindən də faydalanaraq, çağımızın şiddət və cinsilikdən xəbərdar olan oxucusunun da marağını çəkməyi bacardığına görə kitabları satış rekordları qırır.





    Information
    Members of Guest cannot leave comments.