+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 34 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Guy de Mopassan - Seçilmiş əsərləri
    0



    • Guy de Mopassan - Seçilmiş əsərləri
      Gi de Mopassan (5 avqust 1850 - 6 iyul 1893) — müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. Bunlarda daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır. Henri Rene Albert Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.
      Seçilmiş əsərlərinə müəllifin məşhur romanı (Əziz dost) və novella hekayələri daxil edilib.
      Gi de Mopassan 1850-ci il avqustun 5-də Normandiyada zadəgan ailəsində dünyaya göz açıb. Müflisləşmiş ailəsi XVIII əsrdə Lotaringiya əyalətindən Normandiyaya köçübmüş. Yazarın atası Qustav de Mopassan (1821-1899) Paris birjasında dəllal olub və 1846-cı ildə öz uşaqlıq dostu Lora le Puatvenlə (1821-1903) ailə qurub. Sənətə son dərəcə vurğun olan və xeyli rəssamla dostluq edən Qustav özü də ara-sıra sulu boya ilə rəsmlər çəkirmiş. Xanımı, yazarın anası ilə müqayisədə atası yeyib-içməyi, əylənməyi, sağa-sola pul xərcləməyi sevən birisi imiş. Elə buna görə də son dərəcə həssas və məntiqli düşüncə tərəfdarı olan xanımıyla onlar 1856-cı ildə, ikinci oğulları Erve dünyaya gələndən sonra ayrılırlar. Qadın dəniz kənarındakı Etret şəhərində yerləşən villasında övladlarını təkbaşına böyütməyə başlayır.
      Uşaqlıq illəri Normandiyada keçən Mopassan oradakı meşələri, dağları, düzləri yaxşı tanıyırmış, balıq tutmağı, yelkənli qayıq sürməyi, yerli şivədə danışmağı bacarırmış, o yerlərə məxsus bütün adət-ənənələrə bələd imiş. Ona görə də uşaqlıq illərində hafizəsinə köçürdüyü bu mənzərələr, olaylar, insan xarakterləri sonradan onun çoxsaylı əsərləri üçün qaynaq rolunu oynayıb.
      On üç yaşa dolanda anası Gini İveto şəhərindəki ruhani seminariyasına verir. Məktəbdəki ciddi nizam-intizam gələcək yazarın azad ruhuna yad olduğundan, o, vaxtaşırı məktəbdən qaçır, etirazını dilə gətirir və şuluqluq salırmış. Bunun qaçılmaz nəticəsi kimi günlərin bir günü onu seminariyadan qovurlar.
      1866-cı ildə Lora xanım oğlunu Ruan liseyinə verir. Bu təhsil ocağı da qapalı tipli imiş, amma burada Gi özünü daha sərbəst hiss edirmiş. Şeir yazmağa olan həvəsini isə buradakı müəllimlərindən biri olan şair Lui Buyle yetərincə dəstəkləməklə ədəbi aləmdə onun ilk himayədarına çevrilir.





    Information
    Members of Guest cannot leave comments.