+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 31 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Haynrix Mann - Seçilmiş əsərləri
    0



    • Haynrix Mann - Seçilmiş əsərləri
      Müasir dünya ədəbiyyatı seriyasından olan Haynrix Mannın “Seçilmiş əsərləri”ndə oxuculara ona dünya şöhrəti qazandıran “Təbəə” və “Professor Qanmaz” romanları təqdim olunmuşdur.
      “Yoxsullar” və “Baş” romanı da daxil olmaqla sonradan “İmperiya” trilogiyasına çevirilən “Təbəə” romanı müharibə öncəsi alman cəmiyyətinin müxtəlif təbəqələrinin həyatının bitkin ədəbi təcəssümü kimi qiymətləndirilir.
      Yazıçının “Professor Qanmaz” romanı daha çox “Mavi mələk” adı ilə tanınmış, bu adla da ekranlaşdırılmışdır.
      Almaniyanın böyük realist yazıçısı Henrix Mann 1871-ci ildə Lübek şəhərində varlı tacir ailəsində anadan olmuşdur anadan olmuşdur.Lübekin iqtisadiyyat və maliyyə senatoru və buğda satışı ilə məşğul olan,həmçinin gəmi kompaniyasına sahib olan Tomas Yoxan Henrix Mann və Yuliya da Silva Brunpsun böyük oğlu, Tomas Mannın böyük qardaşıdır. Ondan başqa ailədə iki bacı və qardaş da var idi.[1] Braziliya mənşəlli anası çox savadlı qadın idi və onların tərbiyəsində böyük rol oynamışdır, geniş humanitar təhsil verməyə çalışmışdır. 1889-cu ildə gimnaziyanı bitirdikdən sonra Drezdenə gedir. Daha sonra Berlinə gələrək Berlin Humbolt Universitetində tarix və filologiyadan muhazirələrə qulaq asır, burada 1891-1892-ci illərdə "Fişer kitab evi"-də könüllü şəkildə çalışaraq kitab ticarəti işini öyrənir. 1891-ci ildə atası vəfat edir və onlara məxsus firma ləğv edildiyinə görə ailəsi Bavariyanın paytaxtı Münhenə köçür. Varisi olduğu miras kifayət qədər olduğundan və maddi vəziyyati yaxşı olduğundan o, azad ədib yolunu seçir və aparıcı alman ziyalılarının sıralarına qoşulur. 2 il müddətində qardaşı Tomas Mann ilə birlikdə Avropaya səyahət etmişdir. Praqalı aktrisa Mariya Kanova ilə ailə həyatı qurur. Onun E.Zolya haqqında yazdığı məqaləsi və "Unrat müəllim və bir tiranın sonu" adlı romanı Veymar Respublikası dövründə ona məşhurluq gətirir.

      Vilhelm monarxiyasının 1918-ci ildə süqutu və burjua-demokratik Veymar Respublikasının yaranmasını Mann ruh yüksəkliyi ilə qarşıladı. Bu dövrdə yazıçı ölkənin siyasi həyatında fəal iştirak etmişdir. O, 1919-cu il inqilabi mübarizənin iştirakçılarına amnitsiya verilməsini tələb edir, Sakko və Vansettin edamına etiraz aksiyası edir. 1921-ci ildə Henrix Mann Berlində yerləşən Prussiya incəsənət akademiyasının üzvü seçilir. 1931-ci ildə o, bu akademiyanın bədii ədəbiyyat bölməsinin sədri təyin olunur. Hitler hakimiyyətə gələrkən yazıçı akademiyadan çıxarılır.





    Information
    Members of Guest cannot leave comments.