+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 26 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Somerset Moem - Seçilmiş əsərləri
    0



    • Somerset Moem - Seçilmiş əsərləri
      İngilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan məşhur yazıçı, dramaturq, esseist, ədəbi tənqidçi Moemin yaradıcılığından olan seçmə nümunələri dilimizə tanınmış yazıçı-tərcüməçi Yaşar çevirib. Nəfis tərtibatda çap olunan kitabda Moemin «Teatr» romanı, «Sadiq arvad» və «Ledi Frederik» adlı iki pyesi, həmçinin «Tüksüz Meksikalı», «Məqsədli izdivac», «Luiza» və «Meyxyu» adlı novellaları yer alıb. Azərbaycan prezidentinin sərəncamıyla nəşr edilən müasir dünya ədəbiyyatı silsiləsinə daxil olan kitaba yazdığı ön sözdə yazıçı-tərcüməçi Yaşar qeyd edir:

      «Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin demək olar ki, bütün əsərlərində oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir. Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır. Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı «əziyyət» tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı. Əsas məsələ budur. Və əlbəttə ki, Moemi Moem edən, ən müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzolunmaz «Moem üslubu»dur.

      Nəsrinin məzmununa olan münasibəti kimi üslub və forma məsələlərinə də yazıçı çox həssas yanaşır. O, sözün yaxşı mənasında qrafoman idi, hər gün saatlarla yazı masasının arxasından qalxmırdı. İllərin tələbata çevirdiyir bu vərdişə yalnız yazıçını əldən-ayaqdan salan qocalıq son qoydu.





    Information
    Members of Guest cannot leave comments.