+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 23 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Stefan Zweig - Seçilmiş əsərləri
    0



    • Stefan Zweig - Seçilmiş əsərləri
      Ştefan Svayqın kitaba daxil edilmiş əsərləri Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi (tarixi-bioqrafik oçerk), NOVELLALAR: Dayə, Dəhşətli sirr, Qorxu, Amok, Yad qadının məktubu, Kitab Mendel, Bir qadının həyatından iyirmi dörd saat, Gözlə görünməyən kolleksiya, Şahmat novellası, Bəşəriyyətin bəxt ulduzları (tarixi miniatürlər)
      1881-ci il noyabrın 28-də Vyanada varlı yəhudi ailəsində dünyaya gələn Ştefan Svayq, mübaliğəsiz demək olar ki, yenicə ayrıldığımız XX əsrin ən böyük sənətkarlarından biri olmuşdur. Hələ gimnaziyada oxuyarkən ədəbiyyatla, sənətlə çox maraqlanan gənc Ştefan, Huqo fon Hofmannsthalın, Rayner Maria Ril- kenin təsiri altında yazdığı ilk şeirlərini Avstriyanın sayılıb-seçilən qəzetlərində çap etdirmişdir. Onun “Gümüş simlər” adlı şeirlər toplusu 1901-ci ildə işıq üzü görmüşdür. 1891-1899-cu illərdə Vyana və Berlin universitetlərində germanistika və romanistikanı dərindən öyrənən Ş.Svayq 1904-cü ildə İppolit Tenin fəlsəfi görüşləri haqqında yazdığı dissertasiyanı uğurla müdafiə edərək, fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
      Lakin bütün bunlara baxmayaraq, öz dövrünün ən böyük ədəbi simalarından hesab olunan görkəmli Belçika şairi Emil Verxamm, ən çox da dahi Dosto- yevskinin yaradıcılığından bəhrələnən Ştefan Svayq dünya ədəbiyyatı tarixinə psixoloji novellalar və tarixi- bioqrafik oçerklər, esselər ustası kimi daxil olmuşdur.
      Hələ sağ ikən dünya şöhrəti qazanan, o dövrdə R.Rollan, T.Mann, H.Hesse, C.Coys və s. kimi humanist sənətkarlarla bir sırada dayanan Ş.Svayq həyatının çox hissəsini doğma vətəni Avstriyadan uzaqlarda keçirmişdir. O, əvvəlcə İngiltərədə yaşamış, sonralar Nyu-Yorkda məskən salmış və nəhayət, Braziliyaya köçmüşdür. Lakin burada da dinclik tapa bilməyən böyük yazıçı onu daban-dabana izləyən, “mədəniyyətin, tərəqqinin beşiyi” hesab elədiyi Avropanı yer üzündən silməklə hədələyən müharibənin vahiməsindən sarsılaraq 1942-ci il fevralın 22-də intihar etmişdir.



      stefan-zweig-secilmis-eserleri.pdf [9.11 Mb] (Count: 12)




    Information
    Members of Guest cannot leave comments.