+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 49 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Uilym Şekspir - Seçilmiş əsərləri
    0



    • Uilym Şekspir - Seçilmiş əsərləri
      Şekspir 26 aprel 1564-cu ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592-ci illərdə Londonda yaşamışdır. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərmişdir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıtmış və üç il sonra vəfat etmişdir. Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illərdə yazmışdır. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Qələmə aldığı dramlarda yaratdığı inanılmaz dərəcədə çoxsaylı və rəngarəng insan obrazları o dövr Avropa ədəbiyatında geniş yayılmış cansız və yeknəsək obraz və daha dəqiq desək, prototiplərlə zəngin əsərləri kölgədə qoyur. Yaratdığı Makbiz və Şilok kimi obrazlar bəzən xoşagəlməz hərəkətlərə yol versələr də tamaşaçıların rəğbətini qazana bilirlər. Çünki onlar sadəcə qüsurları olan insan obrazlarıdır.

      Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulmuşdur.
      Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah dövrünün dram səneti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Uilyam Şəkspirin adı çəkilir. Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəklik, insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi dayanan Şekspir yaradıcılığı elə bir mənəvi zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər, milli psixologiyalar məhdudluğu tanımır və zamana sinə gərir.
      Bu kitabda dahi dramaturqun beş ən meşhur faciəsi daxil edilmişdir. “Romeo və Cülyetta”da təmiz məhəbbət, “Otello”da fəlakətə düşmüş böyük inam, “Kral Lir”də ülvi ata sevgisi, “Hamlet və "Maqbət” əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.





    Information
    Members of Guest cannot leave comments.