+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 47 Müəllif: Vivo-Book 1 həftə və 1 gün əvvəl
    Xulio Kortasar - Seçilmiş əsərləri
    0



    • Xulio Kortasar - Seçilmiş əsərləri
      Argentinanın tanınmış yazıçısı Xulio Kortasar ömrü boyu üç qadınla ciddi və davamlı münasibətlər qurub.
      O, hələ Buenos-Ayresdə yaşayarkən ölənəcən subay qalacağını düşünürdü. Lakin 1953-cü ildə 39 yaşlı Xulio Kortasar argentinalı Aurora Bernandeslə evlənir. Qadın Kortasardan 4 yaş cavanıydı. Onlar yazıçı hələ Avropaya köçməzdən öncə tanış olmuşdular. Sonralar Aurora onun ardınca Fransaya gedir.
      Xulioyla Aurora ilk vaxtlar olduqca xoşbəxtiydilər; dostları onları ruhən bir-birinə çox yaraşdırırdılar. Cütlüyün ədəbi maraqları da üst-üstə düşürdü. Kortasar arvadının ədəbi fəhminə hörmətlə yanaşırdı. Buna onun XX əsrdə ispandilli məhsulun ən mötəbər və ziyalı naşiri Fransisko Porruaya yazdığı məktublar da şəhadət edir.
      Bütün bunlara rəğmən, günlərin birində onlar ayrılırlar. Boşanmanın bir neçə səbəbini göstərirlər: Aurora ərinin fəal siyasi məsləklərini bölüşmürdü. Bir də ki, illər ötdükcə ər-arvad münasibətlərinin romantik çalarları əriyib gedir. Deyilənə görə, Kortasarın Uqne Karvelislə sevgi macərası başlayanda Aurora boşanma tələbiylə çıxış edir. Hər ikisi üçün ağrılı olan bu ayrılmaya rəğmən, sabiq cütlük qarşılıqlı hörməti və isti münasibətləri qoruyub-saxlaya bilir.
      1982-ci ilin dekabrında, ikinci arvadının (Kerol Denlop – red.) ölümündən sonra Kortasar ədəbi irsinin bütün hüquqlarını Aurora Bernandesə verir. Qadınsa yazıçının qayğısına qalmaqla bahəm, onu ölüm saatlarında belə tək qoymur.

      Aurora ədibin ölümündən sonra onun cavanlıq dövrünə təsadüf edən, sağlığında çap olunmamış əsərlərini və məktublarından ibarət üçcildliyini nəşr etdirir.
      X.Kortasarın Aurorayla münasibətləri soyuyanda ədib litvalı Uqne Karvelislə tanış olur. Qadın Qallimar evində ədəbi şöbədə işləyirdi və Latın Amerikası ədəbiyyatına təhkim olunmuşdu. Onlar Fransada tanış olsalar da, 1967-ci ildə Kubada təsadüfən rastlaşmaları münasibətlərinin başlanğıcı sayıla bilər.






    Information
    Members of Guest cannot leave comments.