Anar Rəsul oğlu Rzayev

Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri (1987-ci ildən), 1991, 1997, 2004, 2014-cü illərdə təkrarən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. I (1995) və II (2000) çağırış Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuşdur.

Ailəsi

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

Həyatı

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Fəaliyyəti

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.


Anar və Ziya Bünyadov

1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Mükafatları

Azərbaycan SSR əməkdar incəsənət xadimi — 23.12.1976 Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir.

Əsərləri

1. I cild
2. II cild
3. III cild
4. IV cild
5. V cild
6. VI cild
7. Ömür yolu. Yaradıcılığı. Birinci kitab
8. Ömür yolu. Yaradıcılığı. İkinci kitab
9. Əlaqə
10. Vahimə
11. Yaxşı Padşahın Nağılı
12. Otel Otağı
13. Mütləq Görüşərik
14. Qırmızı Limuzin
15. Gürcü Familyası
16. Dantenin Yubileyi
17. Mən, sən, o və telefon

Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
İmtahan (film, 1987) (ssenari müəllifi);
Əlaqə (film, 1989) (ssenari müəllifi);
Təhminə (film, 1993) (ssenari müəllifi);
Otel otağı (film, 1998) (ssenari müəllifi);
Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

Əsərləri əsasında çəkilmiş bədii filmlər

Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);
Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında).
"Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren.
Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

Aşıqlar (film, 1983) (ssenari müəllifi);
Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
Qədim Gəncə, Yeni Gəncə (????) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)
Salur Qazanın evi talandığı boy (film, 2001)

Ssenariləri əsasında çəkilmiş cizgi filmləri

Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

İdeyası əsasında çəkilmiş filmlər

Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

Haqqında çəkilmiş sənədli filmlər

Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

İştirak etdiyi film və verilişlər

Salam, Zeynəb! (film, 1982)
Heydər Əliyev. İkinci film. Birinci (film, 1999)
Kinorejissor Arif Babayev (film, 2000)
Ayrılıq bir dənizmiş... (veriliş, 2002)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)(arxiv kadrlar)
Böyük ömrün anları (film, 2006)
Maestro Niyazi (film, 2007)
Mətbuat fədaisi (film, 2007)
Üç zirvənin fatehi (film, 2008)
Rəfibəylilər (film, 2009)
Gün keçdi (film, 2012)

comments powered by Disqus