Çingiz Abdullayev

Abdullayev Çingiz Akif oğlu — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru (1991).

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). PolşanınKrakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991).Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada,Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.


Romanlar


1. Mavi mələklər. Bakı: Yazıçı, 1988
2. Əclafların qanunu. Bakı: Zaman, 1997
3. Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001
4. Allahın tərəfində. Bakı: Çıraq, 2003
5. Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004
6. Alçağın üslubu . Bakı: Çıraq, 2005
7. Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005
8. Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005
9. Payız madriqalı. Bakı: Yurd, 2005
10. Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005
11. Mənim gözəl alibim . Bakı: Nurlan, 2006
12. Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006
13. Unudulmuş röya. Bakı: Çıraq, 2006
14. Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007
15. Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007
16. Üçüncü variant. Bakı: Nurlan, 2007
17. Döyüşçünün yolu. Bakı: Çıraq, 2007
18. Manyakın idrakı. Bakı: UniPrint, 2008
19. Gedər-gəlməz. Bakı: Nurlan, 2008
20. Quba kapriççiosu. Bakı: Nurlar, 2008
21. Qisasın ölçüsü. Bakı: Çıraq, 2008
22. Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009
23. Etiraflar vadisi. Bakı: Çıraq, 2009
24. Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009
25. Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009
26. Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009
27. Mavi mələklər. Bakı: Çıraq, 2009
28. Payız madriqalı. Bakı: Nurlar, 2009
29. Saturnun tövbəsi. Bakı: Nurlar, 2010
30. Paralel həyat. Bakı: 2010
31. Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010
32. Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010
33. Kandaqardan agent. Bakı: 2010
34. Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010
35. İrodun kölgəsi. Bakı: UniPrint, 2010
36. Tənha ürəklərin evi. Bakı: 2010
37. Mavi mələklər. Bakı: Qanun, 2011
38. İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011
39. İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011
40. İngilis bulvarı. Bakı: Qanun, 2011
41. Ölümü özün seç. Bakı: Qanun, 2011
42. Bakı bulvarı (roman). Bakı: Qanun, 2011
43. Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011
44. Abırlı adam. Bakı: Qanun, 2011
45. Tver bulvarı. Bakı: Qanun, 2011
46. Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012
47. Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012
48. Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012
49. Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012
50. Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012
51. Yekun diaqnoz . Bakı: Qanun; Əli və Nino, 2012
52. Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012
53. Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013
54. Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013
55. Mənim gözəl alibim (kitab). Bakı: Qanun; Əli və Nino, 2012
56. Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
57. Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
58. Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013
59. Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
60. Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013
61. Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
62. Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014
63. Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014
64. Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014
65. Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014
66. Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014
67. Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014
68. Qaniçənlər aynası. Bakı: Qanun; Əli və Nino, 2014
69. Məhşər ayağında (kitab). Bakı: Qanun; Əli və Nino, 2014
70. Qazanılmış cəhənnəm. Bakı: Qanun; Əli və Nino, 2014
71. Meymun ili.

Povestlər


1. Bir ümman nifrət. Bakı: Çıraq, 2004
2. Pəri busəsi. Bakı: Nağıl evi, 2007
3. Aşkar metamorfoza. Bakı: 2011
4. Milyardın dəyəri. Bakı: Qanun; Əli və Nino, 2012
5. Andorra sevməli və ölməli yerdir. Bakı: Qanun; Əli və Nino, 2012
6. Şübhəsiz metamarfoz. Bakı: Qanun; Əli və Nino, 2014


Mənbə_az.wikipedia.org


comments powered by Disqus