Çingiz Abdullayev

UZUN ÇƏKƏN SÖZARDI


Oxu və ya yüklə

Təxminən iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələrilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı... Artıq bizim dövrümüzdə kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Nə üçün? Bu kimə və nəyə lazımdır? Hətta ekspert-analitik Dronqo da bu suallara cavab tapa bilmir; hələlik o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Ancaq hər dəfə məşhur eksperti bir addım qabaqlayan dərrakəli və məharətli killer geri çəkilmək fikrində deyil...

Dronqo qaşqabağını tökdü. Verdiyi sual özü üçün də gözlənilməz oldu:
– Onda de görüm, Əhməd Elqarovu və Feliks Qorditskini sürücüsüylə birlikdə niyə öldürmüsən? Onlar sənə neyləmişdilər?
– Bu ən mühüm sualdır, – qatil cavab verdi, – cavabını tapsan, hər şeyi biləcəksən.
Yer üzünün nemətləri müxtəlif insanlar arasında qəribə şəkildə bölünüb. Dilənçiyə heç nə, yoxsula az, varlıya çox, bəzilərinə daha çox pay düşüb, ancaq razı qalan demək olar ki, yoxdur. Bu dünya belə qurulub.
Əli Əfəndi

Biz – amansız taleyin hökmü altında olan zavallı oyuncaqlarıq... təbiətin dəyişməz qanunlarına tabe ola-ola həyat uğrundakı aramsız mübarizədə iştirak etməyə məhkum olunmuşuq – qarşıda isə mütləq məğlubiyyətdən savayı heç nə yoxdur.
Somerset Moem

Mən bu barədə susuram, ancaq ucadan deməyə özümü məcbur etmək istərdim: bəli, mən sizə həsəd aparıram, Conniyə həsəd aparıram – həmin o dünyalıq Conniyə ki, o olmasaydı, heç kəs o dünyanın nə olduğunu bilməzdi. Mən onun onsuz da heç kimin anlamayacağı iztirablarından başqa hər şeyə həsəd aparıram, lakin hətta iztirab içində olsa belə, onda mənə bəxş olunmayan daxili bir nurlanma var. Mən Conniyə həsəd aparıram, həm də ona acığım tutur ki, o özünü məhv edir, öz istedadını israf edir, özünü onu hər yandan əhatə edən çirkabın içinə atır.
Xulio Kortasar
“Təqibçi”

comments powered by Disqus