Vivo-Book

Kitab

Kitab — üzərinə müxtəlif yollarla köçürülmüş mətn və ya rəsm şəklində informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. Elektron formasında yazılmış kitab elektron kitabdır. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib

Elektron kitab (qurğu)

Elektron kitab və ya E-book – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir). Həcmi 16Mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur desək səhv etmərik. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitabları planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı böyük vaxtın olmasıdır. Müasir elektron kitablar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar. Elektron sənədləri oxumaq üçün ixtisaslaşdırılmış ilk qurğu DEC şirkəti tərəfindən yaradılmışdır. 1996-cı ildə DEC dəmir tərkibli "DEC-LECTURE" adlı, monoxrom sensorlu ekranı olan planşet kompüterlər yaradılmışdır. İlk dəfə yaradılarkən, çox baha olduğundan istehsalda geniş yer tuta bilməmişdi. İlk kütləvi LCD monoxrom ekranlı elektron kitab qurğusu 1998-c ildə Nivo Media və Soft Book Press şirkətləri ilə eyni vaxtda buraxılmışdır. Bir müddət sonra onlar modernləşdirilmiş və rəngli ekranlı, geniş funksiyalı elektron kitablar istehsal edilməyə başlanılmışdı. Bu model texniki imkanların yüksək olmasına baxmayaraq, geniş vüsət ala bilməmişdi. Bir müddət sonra xolestrik (maye-kristal ekranlı) elektron kitablar yaradıldı. Ekran imkanının artmasına və fərdi iş vaxtının çoxalmasına baxmayaraq, onlara ehtiyac az oldu. 2007-ci ildə ekranın (elektron kağız texnologiyalı ekranın yaranması ilə) elektron kitab bazarında artım oldu. Bəzi modellərə tələbat olsa da, onlar fərdi kompüterlərdən və smartfonlardan populyarlıqdan geri qalırdılar. Elektron kitab və ya E-book həm də elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir. Burada oxucunu dinləyiciyə cevirmək üçün audiokitabdan istifadə edilə bələr. Audiokitab Oxucunu dinləyiciyə çevirən hazır ədəbiyyat məhsuludur. Bədii əsəri növündən asılı olmayaraq, onu monoton, yorucu olmayan səslə dinləyiciyə (Oxucuya) çatdırmaqdır. Mətni səsləndirən özünü hardasa atristliyə vurmamalı, səmimi olmalıdır. Heç kim müəllifin yerinə deyə bilməz ki, o özü yazdığını belə səsləndirərdi. Burada səs vacib rola malik olduğu kimi səsi müşayiət edən musiqi və digər səs effektləri də az rol oynamır. Dinləyici eşidəcəyi ədəbiyyat nümunəsini qulağı ilə oxumaq imkanını əldə etməlidir. Adətən Audiokitabda istifadə edilən musiqilər məhz həmin əsər üçün yazılır. Nə vaxtsa başqa yerdə eşidilən musiqi təkrar istifadə olunursa, audio kitabda həmin təkrarçılıq dinləyicidə istiqaməti dəyişdirə bilər. Bununla da dinləyici eşitdiyi ədəbiyyat nümunəsində kələfin ucunu itirib, bu musiqini daha harada eşitdiyi haqda fikirləşə bilər. Bu bir növ kitab oxuyan adamla yanaşı dayanaraq, ona lətifə danışmaqla, oxuduğundan fikrini yayındırmağa bənzəyir. Audiokitab üçün mətni oxuyan şəxsdə PAFOS olmamalıdır! Pafosla səsləndirilən ədəbiyyata 5 dəqiqə, 10 dəqiqə, lap əsəblərini cilovlayıb 15 dəqiqə qulaq asarsan, daha davamı ilə maraqlanmadan o diski birdəfəlik ata bilərsən. Bununla da potensial dinləyicini (Oxucunu) birdəfəlik itirmək mümkündür. Azərbaycanda ilk dəfə Media Mərkəzində “Azərbaycan dastanları” audio kitabları təqdim olunmuşdu. “Azərbaycan dastanları” audio kitablarının hazırlanması və yayılması layihəsi Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirilmişdi. Layihə çərçivəsində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” proqramı əsasında nəşr olunmuş “Azərbaycan dastanları” (5 cilddə) kitablarının audio kitab variantı hazırlanmışdır. Dastanların səsləndirilməsində və kitabın tərtib olunmasında əsasən gənclər və tələbələr iştirak etmişdilər. Audio kitabın müxtəlif kitabxanalara və təhsil müəssisələrinə yayılması planlaşdırılır. Audio kitab həm də görmə qabiliyyəti zəif olanlar, avtomobil sürənlər, həmçinin başqa oxucu və dinləyicilər üçün faydalıdır.

Vivo-Book

Elektron kitab (sənəd)

Elektron kitab - hər-hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab edektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word 97 və 2000 mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML - Hiper Text Markup Language - əzık razmetki qiperteksa, hipermətnə nişan qoyma dili) - vasitəsi ilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY, Winzir)-sıxılmış formatda yayınlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsi ilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format - perenosimıy format dokumentov, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi. Hal-hazırda İnternetdə mövcud olan elektron materialların əksəriyyəti HTML mətn formatında yaradılır. Bu formatın çatışmayan cəhəti ondadır ki, o, nəşrdə istifadə olunan şriftə çox həssasdır. Belə ki, istifadəçinin kompüterində nəşrdə istifadə olunan şrift yoxdursa bu, sənədlərə baxış zamanı problemlər yarada bilər. HTML formatından fərqli olaraq Adobe firması tərəfindən 1993-cü ildə yaranan PDF formatında isə elektron materialların hansı kompüterdə və hansı şriftlə yaradılmasından asılı olmayaraq sənədlərə normal baxış təmin etmək olar. PDF formatına elektron sənədlərin kompaktlı formatı kimi baxmaq olar. Son illərdə şəbəkə elektron nəşrlər meydana çıxmağa başlayıb. Artıq tələbələrin və ümumiyyətlə kompüter istifadəçilərinin əksəriyyəti internet qlobal şəbəkəsi, Web-sayt və Web-səhifə məfhumu ilə tez-tez rastlaşırlar. Hal-hazırda İnternet şəbəkəsində yalnız elektron şəbəkə formasında, kitab və kitabçaların analoqları olan elektron nəşrləri əks etdirən nəzərə çarpacaq sayda saytlar mövcuddur. Bu səhifələrin həcmi nəşrin tematikasını göstərməklə onlarla kitabxana siyahısından təşkil olunduğundan kifayət qədər böyük həcmə malikdir. Hər bir kitabxananın kataloqundan istifadə etməklə istənilən informasiyanın axtarışı və istifadəsi təmin olunur.

Elektron kitabların ənənəvi kagız kitablarla müqaisə etsək

1.Elektron kitabda mətndə axtarış edilə bilər, böyük istinadlara keçid ola bilər, müvəqqəti qeyd və seçmə təsvir edilə bilər.
2.Bir qurğuda 1000-dən artıq kitab saxlanıla bilər.
3.Elektron kitabı bir yerdən başqa yerə aparmaq asandır, çünki çox kiçik həcmə və ölçüyə malikdir.
4.Lazım olduqda, oxuma zamanı, şriftin formasını və ölçüsünü dəyişmək mümkündür.
5.Elektron kitab animasiyalı şəkillərə, multimediyalı kliplərə baxmağa imkan verir.
6.Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız mətndən xeyli ucuzdur.
7.Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir.
8.Elektron kitabın axtarışı və yayılması xeyli yüksəkdir.
9.Elektron kitab təbiətə ziyan vurmağın qarşısını alır, belə ki, böyük həcmli kağıza qənaət edir.

Elektron kitabxana

Elektron kitabxana — informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən "istifadə üçün açıq" olan İnternet ehtiyatları aiddir.

PDF

PDF,(Portable Document Format; Daşına bilər Sənəd Formatı)

platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədiylə çıxarılmış ədədi bir fayl formasıdır. Bir çox platforma üçün pulsuz görüntüleyiciler olması səbəbindən PDF yazdırılabilir və təşkil edilməsi gözlənilməyən sənədlərin paylanması üçün istifadə olunur.