Kitablardan seçmə sözlər, Aforizmalar

Benjamin Franklin

Burax bütün insanlar səni tanısın amma heç kim səni tam olaraq tanımasın. İnsanlar dayaz yerini gördükləri dərəni asan keçərlər.

Fransuaza Saqan

Siz gələcək haqda nadir halda düşünürsüz. Düzmü deyirəm? Bu cavanlığın üstünlüyüdür.

Ludwig Andreas Feuerbach

Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın kəslərin sayı o qədər azalacaq.

Paulo Koelyo - Brida

Sevgi – bütün dünyaya, həyatlara səpələnmiş təcrübəni yığmaq üçün bizi bir yerə toplayan gücdür.

Susanna Tamaro - Ürəyinin çağırdığı yerə get

Axmayan göz yaşları qəlbdə yığılar, zaman keçdikcə qabıq tutar və əhəngin paltaryuyan maşına tıxanması kimi qəlbi tıxayıb iflic edər.

Gabriel Garcia Marquez

Bəlkə də Allah doğru adam ilə qarşılaşmadan əvvəl səhv insanlarla qarşılaşmamızı istəmişdir, belə olunca minnətdar olacağıq

Corc Oruell

Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu əsl satqınlıq olacaq.

Frans Kafka

Zarafatla deyilən sözə də bəhanə gətirmək çətindir.

Dostoyevski

Lazım olduğu zaman ağlamaqdan çəkinmə.

Özdəmir Asaf

Böyüdükcəmi artır dərdlər? Yoxsa insan, böyüdükcəmi anlayır gerçəkləri?

Frederik Beqbeder - Məhəbbət üç il yaşayır

Sevən insan sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı olmur, yazmaq lazımdır, elə hey yazmaq, öz ürəyindən qabağa qaçmaq, cümlələr uzanır, uzanır, məhəbbətin punktuasiyası yoxdur, ehtiras gözyaşları ilə süzülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən.

L.N.Tolstoy

Bir üzün gözəlliyi təbəssümdə yatdığını düşünürəm: əgər gülümsəmə üzü daha da çəkici edirsə, o gözəl bir üzdür; əgər təbəssümə inad üz eyni qalıb dəyişmirsə, sıradan bir üzdür; əgər təbəssüm gözelliyi pozursa, o üz çirkindir