Mətbəə

Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Son dövürlərə qədər dünyada ilk mətbəə almaniyalı Con Qutenberqin adı ilə bağlanırdı. İlk mətbəənin ən bəsit şəkli Sümər türklərinə aiddir. Mesopotomiyada aparılan qazıntılar və yaxud burada Sümər türklərinə aid olan bir sıra tarixi abidələrin üzə çıxması bütün bunlara sübutdur





Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı görkəmli alim Nəsrəddin Tusinin 1594-cü ildə Italiyanın Roma şəhərində, “Mediçi” mətbəəsində ərəb dilində çap olunan “Təhriri Oqlidis” əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilmişdir



Elektron kitab

Elektron kitab - hər-hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab edektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word 97 və 2000 mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML - Hiper Text Markup Language - əzık razmetki qiperteksa, hipermətnə nişan qoyma dili) - vasitəsi ilə





yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY, Winzir)-sıxılmış formatda yayınlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsi ilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır.



Google e-Kitab Mağazası

Google eBookstore (Google e-Kitab Mağazası), Googlenin sahibi olduğu e-kitab satış mağazası. Saytda 3 milyondan çox e-kitab olduğu ifadə edilir. 6 dekabr 2010 tarixində açılan xidmət ödənişli kitablar üçün hələlik yalnız Amerikada xidmət verir. Beynəlxalq istifadədə pulsuz kitablar var, ödənişli kitablar üçün dəstək isə yaxın zamanda hədəflənir. Web sayt ilə, Android





cihazlar, iOS əsaslı cihazlar, web browser və Adobe ebook dəstəkli e-kitab oxucu olmaq üzrə fərqli platformalarda kitablar tapmaq olar. iOS və Android sistemləri üçün xüsusi proqramlar mövcuddur. Google istifadəçi hesabıyla bağlanan e-kitablar digər platformalardan da istifadə edilə bilər.