+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 93 Müəllif: Reno 1 ay və 1 həftə əvvəl
    Moisey Kalankatlı - Albaniya tarixi
    0



    • Moisey Kalankatlı -  Albaniya tarixi

      "Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi. Qagiq xəbər verir ki,"elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquaniç") Müqəddəs Qriqori adından onu Albaniya katolikosu etmişdir. Qagiq bu tarix kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil, çünki "Albaniya – arxiyepiskopluq, Ermənistan isə – katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, "albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev çanqordn eak tesutean) həmin "Tarix"dən tapsınlar". Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Varfolomey və apostol Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".

      Lakin, bu hissə, "Ağvan tarixi"ndə yoxdur. Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki, Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə son dərəcə diqqətlə əlavə edilmişdi ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın xahişi ilə Ermənistan maarifçisi Müqəddəs Qriqori tərəfindən bu rütbəyə təyin olunmuşdu; onlar [albanlar] 440 il ərzində erməni taxt tacının müti benefısiyaları vəziyyətində qalmışdılar; Albaniya katolikosları ermənilərin əli ilə bu dini rütbəyə çatırdılar, çünki bu erməni [arxiyepiskopları]-patriarx, onlar [albanlar] isə – arxiyepiskop idi; bu vəziyyət Ermənistanın 25 katolikosunun hakimiyyəti ərzində, ta baş yepiskop Avraamadək [davam etmişdir]


      albaniya-tarixi.pdf [6,77 Mb] (Yüklənilib: 14)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.