Vivo-Book

Cek London - Meksikalı

865    0    
Cek London - Meksikalı
Heç kəs onun keçmişini bilmirdi; Xuntada olan adamların da bun­dan əsla xəbərləri yox idi. Bu onların “balaca müəmması”, onların “böyük vətənpərvəri” idi. Özü də gələcək Meksika inqilabı üçün özünəməxsus bir üsul ilə işləyirdi və onlardan az can yandırmırdı. Bu o qədər də tezliklə təsdiq edilmədi, çünki Xuntada onu xoşlamırdılar. O, birinci dəfə onların tünlük olan binasına gəldiyi üçün hamısı onun casus - Diasm muzdlu agentlərindən biri olduğundan şübhələnmişdi. Axı onların çox yoldaşları Birləşmiş Ştatların mülki və hərbi dustaq- xanalarına səpələnmişdi! Onlardan bəzilərinin əl-ayaqları buxovlan- mışdı; lakin onları elə buxovlanmış halda sərhəddən kənara çıxarıb, divar dibinə düzərək güllələyirdilər.
Bu oğlan ilk baxışda xoş təsir bağışlamırdı. Bu, doğrudan da, gənc bir oğlan idi; yaşı on səkkizdən çox olmazdı; özü də yaşına görə o qədər də boylu-buxunlu deyildi. O bildirmişdi ki, adı Felipe Riveradır, özü də inqilab üçün işləmək istəyir. Vəssalam, bundan artıq bir kəlmə də danışmamış, heç bir başqa izahat verməmişdi. O durub gözləyirdi. Dodaqlarında nə bir təbəssüm, gözlərində nə bir munis baxış vardı. Boy-buxunlu, iti hərəkətli Paulino Vera daxilən elə bil sarsıldı. Bu oğ­lan ona qaradinməz və qaraqabaq görünmüşdü. Onun qara gözlərində nə isə ilansayağı, zəhərli bir kin və qəzəb alışıb-yanırdı. Oğlan baxış­larını inqilabçılardan ayırıb, xırdaca vücudlu Missis Setbinin işgüzar bir surətdə taqqıldatdığı yazı makinasına çevirdi. Onun gözləri bir an Setbinin üzərində durdu. O da bu baxışı duydu, onda nə isə naməlum bir hiss oyandı və öz işini dayandırdı. Qadın yenidən işin ahənginə uya bilmək üçün, çap etdiyi məktubu bir də oxumalı oldu.


cek-london-meksikali.pdf [321,72 Kb] (Yüklənilib: 244)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать