+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 212 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Qurban Səid (Məhəmməd Əsəd bəy) - Əli və Nino
    0



    • Qurban Səid (Məhəmməd Əsəd bəy)  - Əli və Nino
      "Əli və Nino" Vikipediya, açıq ensiklopediyada
      Əli və Nino - Qurban Səid təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin yazdığı məhəbbət romanı.
      "Əli və Nino" ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P. Tal Verlaq tərəfindən nəşr edilmişdir. Bir çoxlarının günümüzün ən gözəl məhəbbət romanı kimi qəbul etdiyi "Əli və Nino" dünyanın 27 dilinə tərcümə edilmişdir. Uzun illər boyu əsərin həqiqi müəllifi avstriyalı baroness Elfrid von Ehrenfels olaraq qəbul edilmişdir. Lakin Amerikalı şərqşünas Tom Reis əsərin əslində Azərbaycanın yəhudi mənşəli yazıçısı Lev Nissembauma məxsus olduğuna dair tutarlı faktlar irəli sürmüşdür. Müəllif baroness Elfrid von Ehrenfelsin isə yalnız Əsəd bəyin məşuqəsi olmasını sübut etmişdir.
      Əsərin qısa məzmunu
      Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqe etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
      Əli xan Şirvanşir rus məktəbndə təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliy uğründa həyatını qurban verəcək əsl Azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.
      Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyni yumşaldır.
      Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə qaçirmasından sonra drammatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.
      Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin doğma Bakısını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirəsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağna çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nina da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni haqibət ilə qarşılaşmaqdan çəkinir. Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şavanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.


      qurban-seid-eli-ve-nino.pdf [1,19 Mb] (Yüklənilib: 50)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.